Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Nəsimi irsinin görkəmli alman tədqiqatçısı Milli Kitabxanada olub
Nəsimi irsinin görkəmli alman tədqiqatçısı Milli Kitabxanada olub |
Noyabrın 5-də Nəsimi irsinin görkəmli alman tədqiqatçısı Mixael Reyhard Hess Milli Kitabxanada olub.
Milli Kitabxanadan bildirilib ki, qonağa kitabxana haqqında geniş məlumat verilib. Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağı rəhbərlik etdiyi kitabxanada görməsindən məmnunluğunu ifadə edərək Mixael Reyhard Hesslə ilk tanışlığından danışıb: “İlk dəfə Frankfurt Beynəlxalq Kitab sərgisi zamanı Mixael Reyhard Hessin görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini Azərbaycan dilində söyləməsi mənim diqqətimi çəkdi”. Direktor qəzəlin onun ifasında necə axıcı, gözəl səslənməsini xüsusilə qeyd edib. Daha sonra çıxış edən Mixael Reyhard Hess Milli Kitabxanada, belə bir kitab məbədində olmasından şad olduğunu bildirib. Qeyd edib ki, elmi fəaliyyəti zamanı bir çox Azərbaycan yazıçı və şairlərinin əsərlərini tədqiq edib. “Lakin İmadəddin Nəsimi yaradıcılığı, onun əsərlərinin dilinin axıcılığı, ahəngi, ritmi, rəngarəngliyi məni özünə daha çox cəlb edib”, - deyə alim vurğulayıb. Sonra qonaq kitabları haqqında K.Tahirova məlumat verərək 2020-ci ildə Qarabağa, Şuşaya aid nəşr edilən kitablarından danışıb. M.Hessin sözünə istinad edən Kərim Tahirov Milli Kitabxananın Zəfər Günü, Şuşa şəhərinin erməni işğalından azad olunması ilə əlaqədar “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitabını hazırlayaraq çap etdirdiyini bildirib. Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. K.Tahirov həmin kitabı Mixael Hessə hədiyyə edib. M.Hess hədiyyəyə görə təşəkkürünü bildirərək müəllifi olduğu “Building the Eternal Country”, “Uiguren in Kasachstan”, “Profitabe Dying” və “Blatter Aus Dem Rosengarten” adlı kitabları direktor Kərim Tahirova bağışlayıb. Sonra Kərim Tahirov bildirib ki, işğaldan azad olunan rayonlarımızdakı 975 kitabxanamızın hamısının binaları erməni qəsbkarları tərəfindən tamamilə dağıdılaraq yerlə-yeksan olunub, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondları isə talan edilərək yandırılıb. Milli Kitabxana olaraq bütün bu vəhşiliklər barədə məlumatları UNESCO-ya, eləcə də beynəlxalq miqyasda ən nüfuzlu kitabxana təşkilatı olan İFLA-ya təqdim etmişik. İFLA-nın prezidenti Kristina Makenzinin cavab məktubunda bu vəhşilikləri qınadığı barədə məlumatı qonağa bildirib. Daha sonra o, ilin əvvəlində Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə “Qarabağa Kitabla Gedək” adlı kitabtoplama kampaniyasına start verdiyini qeyd edib. Sonda Kərim Tahirov M.Hessə Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitablara görə dərin minnətdarlığını bildirib və “Nizami Gəncəvi–880. Biblioqrafiya”, “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Salam Azerbaijan”, “Ancient and Beautiful Karabakh” (Azərbaycan və rus dillərində), “Magical Beauty Sheki” (Azərbaycan və rus dillərində) adlı kitabları da qonağa hədiyyə edib. Görüşün sonunda xatirə şəkli çəkilib. Geri dön |