Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Radikal adlandırdığınız müxalifət, əslində, xarici dövlətlərin cib müxalifətidir” PARTİYA SƏDRİNDƏN AÇIQLAMA
“Radikal adlandırdığınız müxalifət, əslində, xarici dövlətlərin cib müxalifətidir” PARTİYA SƏDRİNDƏN AÇIQLAMA |
“Azərbaycanın qələbəsindən narahat olan qüvvələr var. Biz 44 günlük Vətən müharibəsi dövründə bəzi xarici dövlətlərin qərəzli, ermənipərəst hərəkətlərini gördük”. Bunu Milli Dirçəliş Hərəkatı partiyası sədri Fərəc Quliyev “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ermənipərəst qüvvələr vardı ki, onlar Minsk Qrupunu yenidən prosesi başlatmaq arzularını ifadə etdilər: “Biri gəlib sərhədlərimizdə hərbi təlimlər keçdi, bir qismi ölkəmizin daxili işlərinə qarışır. Radikal müxalifət dediyiniz, əslində, xarici dövlətlərin cib müxalifətidir və onlardan maddi, mənəvi dəstək alırlar. Heç kimə də sirr deyil ki, xarici dövlətlər müxalifəti formalaşdırır. “Milyarderlər ittifaqı” yaratdılar ki, müxalifətə maliyyə dəstəyi də versinlər. Onlar həm də dövlətə qarşı müxalif davranırlar”. F.Quliyev bildirdi ki, ordumuz Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildə bizi narahat edən, Azərbaycanı başı aşağı edən Qarabağ problemini ortadan qaldırıb: “2020-ci il 27 sentyabr Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. 27 sentyabr Böyük Qələbəmizə aparan yolun başlanğıcıdır, qürurverici bir gündür. Həmin gün ilk həmlədə Rəşadətli Ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı daha da gücləndirdi, xalqın “Dəmir yumruq” ətrafında birləşməsinə yol açdı. Azərbaycan xalqı bütövlükdə qəhrəmanlıq göstərib. Başda Ali Baş Komandan olmaqla hər kəsi mən Zəfər bayramı münasibəti ilə təbrik edirəm. Bu 30 ildə Azərbaycan hər şeyi sınadı. Yəni Minsk Qrupu da danışdı, BMT-nin Təhlükəsizlik Şurası da qətnamələr qəbul etdi, ancaq qərarlar həyata keçirmədi. Özünü müxalifət kimi göstərənlərin mövqeyini də gördük. Onların Tovuz hadisələri başlayanda ordumuzu gözdən salmaq üçün çabalarını da gördük. Yəni dost da, düşmən də bilindi. Amma Ali Baş Komandanın arxasında bütün ordu, xalq birləşərək, nəhayət, Qarabağ problemini həll etdik. Bu Zəfər bayramı bizim haqqımızdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, cansağlığı versin. Xalq olaraq biz öz biləyimiz və dərin ağlımız ilə qələbəyə nail olmuşuq. Kimin nə deməyindən asılı olmayaraq bu, Azərbaycanın son iki yüz il tarixində ən möhtəşəm qələbəsidir. Kimin nə deməsindən asılı olmayaraq parlaq qələbə Azərbaycan tarixinin ən möhtəşəm hadisəsidir və bu baxımdan dünya bu il Azərbaycanı ilin ən döyüşkən xalqı elan etdi. Sonuncu dəfə Azərbaycana naminasiya 1989-cu ildə ilin ən mübariz xalqı adı verilmişdi. Bu il isə ən döyüşkən xalqı elan olunduq. Bir sözlə, kimin nə deməsindən asılı olmayaraq bu birliyi, nailiyyəti qorumaq lazımdır və bundan sonrakı nailiyyətlərimiz üçün də birliklə çalışmaq lazımdır”. Müəllif: Gülyana/sia.az Geri dön |