Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ Zəfəri - 30 illik əzmin fərəhli sonu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Qarabağ Zəfəri - 30 illik əzmin fərəhli sonu

Qarabağ Zəfəri - 30 illik əzmin fərəhli sonu


Zəfər ilini – bu böyük tarixi hadisəni bütün mənalarda istiqlalını qazanmış, sərhədlərini bərpa etmiş, böyümüş, güclənmiş, nüfuzunu və səriştəsini artırmış bir ölkənin vətəndaşları kimi qarşılayırıq.

Bu fikirlər YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın "Qarabağ Zəfəri - 30 illik əzmin fərəhli sonu" sərlövhəli yazısında yer alıb. Həmin yazını oxucularla bölüşür.

Son otuz ildə keçdiyimiz yolun çətinliklərindən çox bəhs etmişik. Artıq zaman deyil, proseslər, situasiyalar fərqli şəkil alıb. Zəfər tariximizin müstəsna tarixi fenomen olduğunu günbəgün daha dərinliyi ilə hiss etməkdəyik. Bu mənada, nəzər nöqtələri, diskurslar, yanaşmalar dəyişib və dəyişməkdədir. Yəqin ki, tədricən şüuraltı axın daha dərinlərə işlədikcə, çağın obrazını daha əhatəli, epik panoram genişliyi ilə idrak edəcəyik. Amma bu günün içindən belə aydın görünən, getdikcə bütün yönləri ilə sərgilənən həqiqətlər var ki, onlarla bağlı qənaət birmənalı olaraq sabitdir. Məsələn, böyük qələbəmizi bizə qazandıran dəyərlər, təməllər, siyasi sistemin möhkəm sütun üzərində pərvəriş tapması və s. Bunlar hamısı ümummilli lider Heydər Əliyevin dühasında qurulan, dövlət müstəqilliyinin möhkəm təməllərini yaradan əməllər sırasında ehtiva olunmuşdur. O əməllər ki, ölkə başçısı İlham Əliyevin siyasətində sabahlı bir gələcək kontekstindən mündəricə qazandı. İlham Əliyev müstəqil dövlətçiliyi bütün istiqamətlər üzrə inkişaf etdirərək yeni mərhələyə çıxardı. Əlbəttə ki, tarixi taleyimizdə həlledici səhifə açan epoxal hadisənin adı Qarabağda qazanılan Zəfər oldu. Amma bura qədər də İlham Əliyev yeni epoxanın, yeni əsrin meydana çıxardığı, böyük siyasi-ideoloji məktəb keçmiş, Azərbaycan dövlətinin dayaqlarını əsaslı şəkildə inkişaf etdirərək möhkəmləndirən və yeni üfüqlər açan qüvvətli lider kimi özünü çoxdan təsdiq etmişdir. Azərbaycan neft siyasətini ardıcıl və yüksək səviyyədə inkişaf etdirməsi, dünya ölkələri ilə inteqrasiya proseslərinin daha da genişləndirilməsi, bir çox hallarda isə yeni əlaqələrin yaranmasına yol açması, müxtəlif layihələr əsasında ölkədəki rifaha çalışması, quruculuq işlərinin möhkəmlənməsi və geniş şəkil alması prosesində xidmətləri və s. Bu mənada, hakimiyyətdə olduğu bütün illəri İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi üçün keçdiyi hazırlıq mərhələsi də adlandıra bilərik. O vəsiyyət ki, özündə müstəqillik andı, xalq amili, milli mənafe, ölkə maraqlarını meyara çevirmək kimi ən ali dəyərləri ehtiva edir. Bunu yalnız siyasi arenada deyil, milli mədəniyyətə münasibətdə də gerçəkləşdirmişdir İlham Əliyev. Zənnimcə, bu kimi həssaslığı da ümummilli lider Heydər Əliyev dühasına, şəxsiyyətinə, onun mədəniyyətə, ədəbiyyata baxış tərzinə aid milli dəyərlər sistemi hesab etmək olar. Prezidentin elə son illər imzaladığı sərəncamlara diqqətli olsaq, görmək çətin olmaz – “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “Nəsimi İli", “Nizami İli” – bunlar Heydər Əliyev yolunun yeni tarixi formatda davamının əyani sübutudur. Bu sərəncamların hər biri xalqın dövləti şüurunun güclənməsində, vahid bir ideya ətrafında köklənməsində, insanların milli və tarixi dəyərlər üzərində səfərbər edilməsində, öz tarixi kimliyindən uzaq düşməməsində böyük rol oynayır. Eləcə də mental dəyərlərimizi, kimliyimizi dünyaya bəyan edir, daha sistemli və davamlı təlqinlərə imkan yaradır. Bu mənada, son otuz il həm də inamımızın və iradəmizin yaşıdıdır.

Müharibədəki zəfərimiz ilk növbədə, bütövlük amalına sadiqliklə, bütün təzahürlərində bu amala sadiq qalmaqla qazanıldı. Diqqət eləsək görərik ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zaman kəsimlərində Azərbaycan idealını tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirdi. İlham Əliyev də energetik passionarlıqla həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə həmin idealı tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa müvəffəq oldu. Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı addım-addım gedilən bu yolların üfüqündə idi. Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu yeniliklərlə həm də yeni milli-mənəvi arxitekturanın əsası qoyulacağı mütləqdir.

Geri dön