Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Qlobal Bakı Forumu: “Azərbaycan və bölgə üçün əhəmiyyətlidir” - Partiya sədri
Qlobal Bakı Forumu: “Azərbaycan və bölgə üçün əhəmiyyətlidir” - Partiya sədri |
Ötən gün VIII Qlobal Bakı Forumunun açılış mərasimi keçirildi.
Tədbirdə bir çox ölkələrin nümayəndələri iştirak etdi. Bu formatda forumun keçirilməsi kifayət qədər ciddi və lazımlı məsələdir. Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunun açılışı zamanı da bu cür tədbirlərin önəminə toxundu. Prezident bildirdi ki, Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib”. Bir çox siyasi, iqtisadi, sosial məsələlərin müzakirə olunduğu VIII Qlobal Bakı Formu getdikcə daha da nüfuzlu tədbirə çevrilir. Bunun Azərbaycan üçün önəmindən danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, keçmiş deputat Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, VIII Qlobal Bakı Formu ciddi əhəmiyyətə malikdir: “Bu sayca 8-ci tədbirdi. Keçmiş təcrübə də göstərdi ki, bunun ciddi əhəmiyyəti var. Əslində, bizim apardığımız müharibə hibrid savaş idi. Bütün sahələrdə, o cümlədən informasiya cəbhəsində çox ciddi savaş gedirdi. Bu tədbirdə iştirak edən indiki və keçmiş dövlət adamları informatordurlar. Bunların öz elektoratları, onlara inanan insanlar var idi. Bu, hadisələrin gələcəkdəki inkişafına görə də əhəmiyyətlidir. Digər tərəfdən mənsub olduqları dövlətlərdə bizimlə bağlı fikrin formalaşması və dost kimi davranmağı üçün önəmlidir. Bütövlükdə qlobal problemlərin müzakirə olunması, yeni təkliflərin verilməsi üçün məhz Bakı meydanının seçilməsi də Azərbaycan üçün mühim məsələdir. Münaqişə bitib və biz artıq nəinki ölkədə, eyni zamanda regionda yeni elementlərin iş başına gətirilməsi və yeni formatların axtarışında olduğumuzu nümayiş etdiririk. Ona görə də bu cür tanınmış şəxslərin iştirakı ilə formun keçirilməsi Azərbaycan və bölgə üçün əhəmiyyətlidir”. Vilayət Muxtar/Cebhe.info Geri dön |