Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Üçtərəfli Bəyanatın imzalanmasından 1 il ötür: “Haqlı olan güclüdür” – Partiya sədri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Üçtərəfli Bəyanatın imzalanmasından 1 il ötür: “Haqlı olan güclüdür” – Partiya sədri

Üçtərəfli Bəyanatın imzalanmasından 1 il ötür: “Haqlı olan güclüdür” – Partiya sədri


Bu gün 10 noyabr Bəyanatının imzalanmasından 1 il ötür.

Belə ki, 10 noyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasındakı müharibəni başa çatdıran üçtərəfli Bəyanat (Azərbaycan, Rusiya, Ermənistan) imzalandı.

Nəticədə Ermənistan məğlub dövlət kimi kapitulyasiyaya imza atdı. Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın döyüşsüz Azərbaycana qaytarıldı.

Ötən il qüdrətli Azərbaycan Ordusu 30 ilə yaxın həsrətə son qoyaraq, Qarabağı işğaldan azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün xalq bir yumruq kimi birləşdi və düşməni məhv etdi.

44 gün davam edən müharibənin hər günündə tarix yazan əsgərlərimiz erməni ordusunu darmadağın etdi. Şanlı ordumuz Ermənistanın uydurduğu “yenilməz erməni ordusu” mifini yox edərək, reallığı bütün dünyaya göstərdi.

Bu gün qalib dövlətin vətəndaşı olmağın qürurunu hər birimiz yaşayırıq və ürəyimiz Qarabağımıza qayıtmağın sevinci ilə döyünür. Bu sevinci bizə bəxş etmək üçün canlarından keçən şəhidlərimiz heç bir zaman unudulmayacaq. Ali Baş Komandanımızın bizə bəxş etdiyi bu Zəfər uzun illər yaddaşlardan silinməyəcək.

Məhz 10 noyabr Ermənistanın ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atdığı gün kimi tarixə keçdi. Bu gün Azərbaycan Zəfər qürurunu, Ermənistan isə məğlubiyyət acısını yaşamağa məhkumdur.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda bütün Azərbaycan vətəndaşları eyni əhval-ruhiyyəni yaşayırlar:
“Çünki biz uzun müddət gözlədiyimiz nəticələri əldə etmişik. Bu Zəfər ilə Azərbaycan dövləti bütün dünyadakı imicini dəyişdi. Bizə uzun müddət məğlub dövlət kimi baxırdılar və aşağılayırdılar.

Hesab edirdilər ki, ərazilərimizi işğaldan azad etmək üçün gücümüz yoxdur. Lakin Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında toplandı və qələbə qazandıq. Bu qələbə bütün siyasi təşkilatların da bir yerdə olması çox mühüm rol oynadı.

Əslində, müharibə təkcə 44 gün getmədi, artıq 30 ildir ki, savaş davam edirdi. Bu illər ərzində dövlətimiz tərəfindən iqtisadi və siyasi hazırlıqlar, müttəfiqlərin müəyyənləşməsi, həqiqətlərin dünyaya çatdrılılması və Azərbaycan Ordusunun güclənməsi istiqamətində addımlar atıldı.

Bütün tədbirlər görüldükdən sonra 44 gündə artıq sahədə fəal mübarizə apardıq. Biz bu məsələlərdə tam haqlı və ədalətli tərəf idik. Nəhayət ki, dünyada təsdiq olundu ki, haqlı olan güclüdür, güclü olan haqlı olmur. Buna baxmayaraq, biz haqlı olduğumu gücümüzlə də təsdiq etdik".

Partiya sədri qeyd edib ki, 44 günlük müharibədə bütün dünya gördü ki, Ermənistanın dedikləri mifdir:

“Rəsmi etirafa görə Ermənistanda 10 minə yaxın fərari oldu, amma Azərbaycan Ordusunda 1 nəfər də olsun fərari olmadı. Biz sadəcə, Ermanistanı deyil, onu dəstəkləyən dövlətləri də məğlub etdik. Onlara dəstək verən böyük dövlətlərin ən müsair hərbi texnikaları bu gün vurulmuş bir şəkildə Azadlıq meydanında nümayiş olunur.

Nəticə etibarilə, Azərbaycan tərəfi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Hesab edirəm ki, bu duruşu saxlamaq lazımdır. Çünki münaqişə bitsə də, hələ proseslər bitməyib. Hazırda bir çox ölkələr bu vəziyyəti həzm etmək istəmirlər. Onlar yenidən vəziyyəti gərginləşdirmək istəyirlər. Biz güclü olaraq dayanmalıq ki, diplomatiyamız ciddi nəticələr əldə etməyə davam etsin. Mən bir daha bütün gəncləri təbrik edirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm və qazilərimizə can sağlamlığı arzulayıram”.

Elmir/Cebhe.info


Geri dön