Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Hindistanda yüzlərlə yoxsula hər gün pulsuz yemək verən şəxs ölkənin ən yüksək mülki mükafatına layiq görülüb
Hindistanda yüzlərlə yoxsula hər gün pulsuz yemək verən şəxs ölkənin ən yüksək mülki mükafatına layiq görülüb |
Hindistanın ən yüksək mülki mükafatı olan “Padma Şri” mükafatına layiq görülənlər arasında Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutunun (PGIMER) həyətində yüzlərlə yoxsul xəstə və ziyarətçiyə hər gün pulsuz yemək verən Caqdiş Lal Ahucanın da adı var.
Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib ki, Caqdiş Lal Ahuca, həmçinin xəstələri maddi yardımdan tutmuş, yorğan-döşək, geyim və digər yardımlarla da dəstəkləyib. O, 1980-ci illərdə pulsuz yemək paylamağa başlayan və 2000-ci ildən başlayaraq bunu Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutunun həyətində həyata keçirir, hər gün 2000-dən çox insanı yeməklə təmin edir. Hindistana əliboş gəlmiş milyonçu öz missiyasını həyata keçirmək üçün dəyəri milyonlarla olan mülklərini satıb və hətta mədə xərçəngindən əziyyət çəkməsinə baxmayaraq bu gün də insanlara xidmət etməyə davam edir. Pakistanın Pişəvər şəhərində anadan olmuş Caqdiş Lal Ahuca gənc yaşlarından ailənin yeganə təminatçısı olmub. O, yardım etdiyi uşaqların gözü ilə öz itirilmiş uşaqlığını axtarır. Hindistanın Prezidenti Ram Nat Kovind Prezident Sarayında keçirilmiş Mülki Vəzifəyə Təyinetmə Mərasimində 2021-ci il üçün “Padma Vibhuşan”, “Padma Bhuşan” və “Padma Şri” mükafatlarını 119 nəfərə təqdim edib. Geri dön |