Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Türkiyə hərbçilərinin bölgədə sayının artırılması niyə də olmasın?!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Türkiyə hərbçilərinin bölgədə sayının artırılması niyə də olmasın?!

Fərəc Quliyev:Türkiyə hərbçilərinin bölgədə sayının artırılması niyə də olmasın?!


Məlum olduğu kimi, Türkiyə hərbçilərinin Azərbaycanda qalması müddətinin uzadılması haqqında qanun layihəsi səs çoxluğu ilə qəbul olunub. Türkiyə hərbiçiləri daha bir il Azərbaycanda fəaliyyət göstərə biləcəklər. “Yeni Müsavat” yada salır ki, qanun layihəsi prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilmişdi. Türkiyəli hərbçilərin Azərbaycana göndərilməsi barədə qərar ilk dəfə 17 noyabr 2020-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilib.

Parlament atəşkəs rejiminin bərqərar edilməsi, pozuntuların qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi və Ağdamda yerləşən atəşkəsə nəzarət üzrə birgə mərkəzin missiyasının icrası məqsədilə Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hökumətə hərbi qulluqçuları bir il müddətinə Azərbaycana göndərməyə icazə verib. Bir sözlə, türk parlamenti bu dəfə də “hə” dedi. Səsvermədə Xalqların Demokratik Partiyası (HDP) istisna olmaqla, dörd siyasi partiya layihənin lehinə səs verib.

Amma Türkiyə hərbçilərinin sayı Rusiya sülhməramlıları qədər olmasa da, nəticə etibarilə Ankaranın Qarabağda hərbi varlığını sürdürməsi mühüm amildir. Lakin bir sual da aktualdır: niyə Azərbaycan və Türkiyə bölgədə türk hərbçilərin say tərkibini daha da artırmaq üçün aralarında bağlanmış Şuşa Bəyannaməsindən istifadə etmirlər? Məsələn, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda olan hərbi hissələrdə Türkiyə Silahlı Qüvvələrinin yerləşdirilməsinə nə mane olur? Axı Türkiyə ordusu istədiyi sayda kontingenti Azərbaycanda yerləşdirmək üçün hüquqi bazaya sahibdir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyə hərbçilərinin bölgədə sayının artırılması niyə də olmasın. Onun sözlərinə görə, hələlik yalnız Monitorinq Qrupunda fəaliyyət göstərən türk hərbçilərin müddəti uzadılıb: “Lakin Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə bağlanmış müqaviləyə, o cümlədən Şuşa Bəyannaməsinə əsasən, onların sayının artırılmasını təmin edə bilərik. Üstəlik, bu, zərurətə çevrilib. Çünki sülhməramlılar ortaya kifayət qədər bitərəfli mövqe qoyur”.

F.Quliyev qeyd etdi ki, Ermənistanın müdafiə nazirinin əl-qolunu sallayıb Xankəndinə keçməsi, erməni hərbçilərin şəraitini monitorinq etməsi sülhməramlıların şərait yaratdığını göstərir: “Razılaşmada qeyd olunub ki, erməni silahlı dəstələrini çıxmaqla sülhməramlılar daxil olmalı idi. Amma anlaşmanı yerinə yetirmirlər, ya da icra etmək istəmirlər. Belə olan halda Türkiyə hərbçilərinin Qarabağda sayını artırmaq olar. Üstəgəl, rəsmi rəqəmlə sülhməramlılar 1960 nəfər göstərilsə də, onların sayı çoxdur. O baxımdan Azərbaycanın haqqıdır ki, ən müxtəlif ərazilərdə türk hərbçilərini yerləşdirsin”.

Emil SALAMOĞLU/“Yeni Müsavat”

Geri dön