Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Orta məktəblərdə şagirdləri sağlam həyat tərzinə təşviq edən maarifləndirici tədbirlər keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Orta məktəblərdə şagirdləri sağlam həyat tərzinə təşviq edən maarifləndirici tədbirlər keçirilib

Orta məktəblərdə şagirdləri sağlam həyat tərzinə təşviq edən maarifləndirici tədbirlər keçirilib


Təhsil Nazirliyinin əməkdaşlığı ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Sağlamlığı təşviq edən məktəblər” layihəsi çərçivəsində Bakıdakı 5, 110, 177 və 149 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, məktəblərdə sağlamlığın təbliği, normal fiziki inkişafın təmin edilməsi və uşaqların sağlamlığının qorunmasını təşviq edən layihənin əsas məqsədi şagirdlərin təhsil və sosial məqsədlərə daha tez nail olmasına yardım göstərməkdir.

Mərkəzin mütəxəssislərindən Gülnarə Cəfərova "Sağlam qidalanma", "Fiziki aktivlik", Ülkər Camalova “Zərərli vərdişlər”, Zümrüd Kazımova “Gigiyena qaydaları” mövzuları üzrə geniş təqdimatla çıxış edərək məktəblilərə ətraflı məlumat veriblər.

Layihə çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulanıb.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar paylanılıb.

Geri dön