Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Oğluna Huntay adı qoymuş culfalı ana 3 ildir sənəd ala bilmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Oğluna Huntay adı qoymuş culfalı ana 3 ildir sənəd ala bilmir

Oğluna Huntay adı qoymuş culfalı ana 3 ildir sənəd ala bilmir


Bu barədə 3 yaşlı Huntayın anası özünün “İnstaqram” hesabında paylaşım edib. O, bildirib ki, övladına seçdiyi adda sənəd almaq üçün mübarizəsini davam etdirəcəyini yazıb.

“Bu gün Huntayın 3 yaşı tamam oldu. Ancaq biz hələ də ona sənəd ala bilməmişik. Ancaq bu mübarizəyə davam edəcəyik”-deyə, Huntayın anası özünün sosial media hesabında paylaşım edib.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

Bir neçə gün bundan öncə, oktyabrın 9-da İranın rəsmi dövlət televizyasında türk adları ilə bağlı şovinist çağırış edilib, türk dilini "qeyri-İrani" və "moğol-qırqız" dili adlandırılıb.

Dövlət televiziyasında qonaq olan İran Qeydiyyat İdarəsinin nümayəndəsi, fars dili və ədəbiyyatı mütəxəssisi, İranın Ümumi Mədəniyyət Şurasının Katibi Seyid Məcid İmami türk adlarının ölkədə günü-gündən çoxalmaqda olduğunu bildirib.

Dilçi ekspert türk adlarının "anlamsız", "qeyri-irani", "qeyri-islami" olduğunu iddia edib.

O, türk adlarını "ciddi təhlükə" adlandırıb.

Verilişin qonağı bildirib ki, türk adlarının yayğınlaşması mədəni problemləri artıracaq.

İnsan haqları sahəsində fəaliyyət göstərən Ərk Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması"da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

Geri dön