Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Ombudsman Aparatının nümayəndə heyəti Gürcüstan parlamentində bir sıra görüşlər keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Azərbaycanın Ombudsman Aparatının nümayəndə heyəti Gürcüstan parlamentində bir sıra görüşlər keçirib

Azərbaycanın Ombudsman Aparatının nümayəndə heyəti Gürcüstan parlamentində bir sıra görüşlər keçirib


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstan parlamentinin Gender bərabərliyi üzrə daimi şurasının üzvləri ilə görüşüblər.

Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Avropa Şurasının Azərbaycanda və Gürcüstandakı ofislərinin nümayəndələri də iştirak ediblər.

Görüşdə İstanbul Konvensiyasının ratifikasiyası və qadınlara qarşı zorakılığın aradan qaldırılması məsələləri diqqət mərkəzində olub. Gürcüstanın konvensiyanı ratifikasiya edənədək keçdiyi yol və ölkədə gender bərabərliyinin təminatı üçün həyata keçirilən dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Gürcüstanda qadınlara qarşı zorakılığa qarşı mübarizə istiqamətində və gender bərabərliyi sahəsində dövlətin atdığı addımlar barədə ətraflı məlumat verilib.

Qonaqlar, həmçinin İstanbul Konvensiyasının ratifikasiyasının faydaları və əhəmiyyəti barədə də məlumatlandırılıblar.

Qeyd edək ki, Gürcüstan qadınlara qarşı zorakılığın qarşısının alınmasını nəzərdə tutan İstanbul Konvensiyasına 2014-cü ildə qoşulub və 2017-ci ildə onu ratifikasiya edib. Azərbaycan isə beynəlxalq sənədi hələ qəbul etməyib.

Azərbaycan nümayəndə heyətinin üzvləri daha sonra Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin üzvləri ilə görüşüb.

Bu görüşdə də İstanbul konvensiyası və Avropa Şurasının zorakılıq və qadınlara qarşı ailə zorakılığı barədə sənədin tələblərinin həyata keçirilməsi ilə bağlı diqqət mərkəzində olub.

Geri dön