Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ciddi müalicəyə ehtiyacı olan mədəni məhbus Əlirza Fərşi məhkəməyə məktub yazdı
Ciddi müalicəyə ehtiyacı olan mədəni məhbus Əlirza Fərşi məhkəməyə məktub yazdı |
O, məhbusların müayinə və müalicəsi ilə bağlı hüquqları ona xatırladıb.
Xəstəliyinin ağırlaşdığını, göz əməliyyatına ehtiyacı olduğunu və 2-ci tip şəkərli diabet xəstəliyinə yoluxduğunu qeyd edən fəal bildirib ki, təcili surətdə həbsxanadan kənarda müalicə olunmalıdır. Fərşi məktubunun bir hissəsində qanunla nəzərdə tutulmuş məhbus hüquqlarına toxunub: “Bu maddənin şərhində göstərilir ki, hökmün icrası zamanı xəstəlik baş verdikdə və hökmün icrasının təxirə salınması vacib olduqda, cinayət hökmlərini icra edən hakim qərar çıxararkən bu maddənin müddəalarına uyğun hərəkət etməli və cəza qərarının icrasını dayandırmalıdır. Qanunun 522-ci maddəsində də göstərilir ki, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxsin cəzaçəkmə müəssisəsindən kənarda müalicəsi zəruri olduqda, hakim cinayət hökmünün icrası üçün tələb olunan müddəti məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən etməli və müvafiq təminat əldə etdikdən sonra, həbs cəzasını gecikdirilməlidir. Məhkum lazımi zəmanəti təmin edə bilmədikdə isə o, məmurların nəzarəti altında stasionarda müalicə olunmalı və müalicə müddəti onun cəzasının bir hissəsi hesab edilməlidir”-deyə, Ə.Fərşi qeyd edib. Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb. Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib. Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib. Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. Geri dön |