Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətən müharibəsində yaralanmış 2200 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Vətən müharibəsində yaralanmış 2200 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

Vətən müharibəsində yaralanmış 2200 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib


Vətən müharibəsində yaralanmış qazilərin əlillik vəziyyətinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aidiyyəti qurumlarla birgə bu sahədə ardıcıl işlər aparır. Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bunun üçün ilk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir. Sənədləşmənin çevik təşkili aparıldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin qiymətləndirilməsini həyata keçirir.

Ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem tərəfindən proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub.

Geri dön