Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cənubi Koreyada COVID-19 virusuna gündəlik ikinci ən yüksək yoluxma qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Cənubi Koreyada COVID-19 virusuna gündəlik ikinci ən yüksək yoluxma qeydə alınıb

Cənubi Koreyada COVID-19 virusuna gündəlik ikinci ən yüksək yoluxma qeydə alınıb


Cənubi Koreyada ötən sutka pandemiya dövrünün 2-ci ən yüksək yoluxma göstəricisi qeydə alınıb.

Yonhap agentliyinə istinadla xəbər verir ki, ötən gün Cənubi Koreyada 3187 nəfərin virusa yoluxduğu aşkarlanıb. Bu, sentyabrın 25-də qeydə alınan rəqəmdən (3270 nəfər) sonra ikinci ən yüksək göstərici, həm də sutkalıq yoluxma sayının 2-ci dəfə 3 mini ötməsidir. Ümumi yoluxma sayı isə 400 mini ötüb. Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi ölkədəki ağır vəziyyətdə olan COVID-19 xəstələrinin sayının 522-yə yüksəldiyini açıqlayıb.

Noyabrın 1-dən etibarən Cənubi Koreyada karantin tədbirlərinin yumşaldılması səbəbindən yoluxanların sayı artmaqda davam edir. Belə ki, ayın əvvəlindən ictimai iaşə və mədəniyyət müəssisələrində iş saatı və müştəri sayı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.

Hökumət virusla mübarizə çərçivəsində vaksinasiyanın sürətləndirilməsini, xüsusilə risk qrupundan olanlara buster dozanın vurulmasını təşviq edir. Bu istiqamətdə 2-ci və 3-cü doza arasındakı zaman intervalı 6 aydan 4 aya endirilib.

Qeyd edək ki, 52 milyon əhalisi olan Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi çərçivəsində indiyədək 40 milyon nəfərə hər 2 doza peyvənd vurulub. Bununla da, tam peyvənd olunanların sayı ölkə əhalisinin 78 faizini ötüb.

Geri dön