Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmuda türk adlarına qarşı qadağaya etiraz edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmuda türk adlarına qarşı qadağaya etiraz edilib

Urmuda türk adlarına qarşı qadağaya etiraz edilib


Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin milli-mədəni fəalları şəhər divarlarında traktlar yapışdıraraq İran hökumətinin türk adlarına qarşı tətbiq etdiyi qadağalara etirazlarını bildiriblər.

Fars və ingiliscə hazırlanan traktlarda “Huntayın 3 yaşı tamam oldu, ancaq hələdə sənədi yoxdur” yazısı ilə İranın Qeydiyyat İdarəsinin 3 yaşlı culfalı Huntaya adının türkcə olduğu üçün sənəd verməməsi pislənilib.

Xatırladaq ki, İran Qeydiyyat İdarəsi Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan “Huntay”a adının türkcə olduğu üçün sənəd verməkdən imtina edir.

Bu barədə 3 yaşlı Huntayın anası özünün “İnstaqram” hesabında paylaşım edib. O, bildirib ki, övladına seçdiyi adda sənəd almaq üçün mübarizəsini davam etdirəcəyini yazıb.

“Bu gün Huntayın 3 yaşı tamam oldu. Ancaq biz hələ də ona sənəd ala bilməmişik. Ancaq bu mübarizəyə davam edəcəyik”-deyə, Huntayın anası özünün sosial media hesabında paylaşım edib.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

Geri dön