Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İbrahim Rəisi Zəngana səfər edi
İbrahim Rəisi Zəngana səfər edi |
İran prezidenti İbrahim Rəisi əyalətlərə səfərləri çərçivəsində bu gün 18 noyabr səhər saatlarında Zəngana səfər edib. Bu, onun prezident seçildikdən sonra əyalətlərə etdiyi onuncu səfəridir.
Onu Zəngan hava limanında Xaməneinin əyalətdəki nümayəndəsi və Zənganın cümə imamı Əli Hatəmi, əyalət valisi Möhsün Əfşarçı və başqa yerli məsullar qarşılayıblar. Səfər proqramı ilə bağlı verilən xəbərdə əyalətdə səhiyyə problemləri, öyrənci yataqxanalarının inşası, Universitetlərin təchizatı, sənaye şəhərcikləri, su və kanalizasiya layihələrinin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi və həllinin nəzərdə tutulduğu qeyd olunub. Xatırladaq ki, bundan öncə noyabrın 12-də mətbuata müsahibə verən Zəngan və Tarım şəhərlərinin İran parlamentindəki nümayəndəsi Mustafa Tahiri Zəngan əyalətlərində problemlərin çoxluğundan danışıb. “Zəngan əyalətinin problemləri saymaqla bitməz və bu çatışmazlıqlar barədə qalın kitab yazmaq olar. Ancaq hal-hazırda əsas istəyimiz əhalinin su probleminin həll olunmasıdır"-deyə, millət vəkili bildirib. İran prezidenti İbrahim Rəisinin əyalətə səfəri ərəfəsində media nümayəndələri ilə görüşən Mustafa Tahiri Zənganda su çatışmazlığının aradan qaldırılması ilə bağlı layihələrin, o cümlədən Maraş və Bulvin su bəndlərinin tamamlanması üçün vəsait ayrılmasının vacibliyini qeyd edib. O, həmçinin bildirib ki, bərbad durumda olan əyalət yollarının yenilənməsi və təmiri bölgə əhalisi üçün əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Zəngan-Qəzvin dəmir yolunun iki zolaqlı edilməsi də olduqca vacibdir. Mustafa Tahiri Zəngan əyalətinin banklardan əldə edə bildiyi kreditin ölkədə əyalətlər üzrə ortalamadan daha aşağı olduğunu və bunun istehsal, məşğulluq sahələri və sərmayə dövriyyəsinə mənfi təsir etdiyini bildirib. Noyabrın 18-də mətbuata açıqlama verən Zəngan əyalətinin Su və Kanalizasiya İdarəsinin başçısı Əlirza Cüz Qasimi əyalətdə su və kanalizasiya sistemi layihələrinin tamamlanması üçün vəsait ayrılmadığını deyib. O, bir sıra layihələrin 29 il bundan öncə başlamasına baxmayaraq, büdcə ayrılmadığı üçün yarımçıq qaldıqlarını qeyd edib. Qeyd edək ki, Rəisinin əyalətlərə səfərləri zamanı əsasən yarımçıq qalan layihələr müzakirə olunur və yeni layihələrin başlanması nəzərdə tutulmur. Bundan öncə oktyabrın 22-də başqa Azərbaycan şəhəri Ərdəbilə səfər edən İbrahim Rəisinin problemlərin həlli ilə bağlı verdiyi sözlərin heç birinin həlli istiqamətində addım atılmadığı müşahidə olunur. Prezidentin 1500 işçisi olan və Orta Doğunun ən böyük parça istehsalçılarından biri sayılan “Səbəlan parça”nın durumunun yaxşılaşdırılması, işçilərin əmək haqlarının ödənilməsi üçün tədbirlər görülməsi barədə dediklərinə baxmayaraq, heç bir addım atılmadığı üçün fabrik işçiləri neçə gündür tətil aksiyası keçirir. Rəisinin bölgəyə səfəri formal xarakter daşıyır. Onun səfərləri zamanı yeni layihələrin təməlatması olmur. Bu səfərlərin uzun illərdir yığılıb qalan problemlərin həllində hansısa möcüzə yaradacağı gözlənilmir. Geri dön |