Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Rəsmi Moskva səmimi davransa idi, indiyə qədərki proseslər baş verməzdi
Fərəc Quliyev:Rəsmi Moskva səmimi davransa idi, indiyə qədərki proseslər baş verməzdi |
Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik keçirilən brifinqdə Azərbaycanla Ermənistanı sərhədlərin delimitasiyası prosesinə başlamağa çağırıb. O bildirib ki, Rusiya Ermənistan və Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası prosesinin mümkün qədər tez başlamasını vacib hesab edir:
“Son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanmasının və sonradan demarkasiyasının, habelə Rusiyanın əvvəllər təqdim edilmiş təklifləri əsasında müvafiq komissiyanın işə başlamasının vacibliyini təsdiqləyir". Nəzərə alsaq ki,Azərbaycan tərəfi indiyə qədər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə başlamağının əleyhinə olmayıb rəsmi Moskvanın belə ikitərəfli çağırışı təəccüb doğurur. Bu çağırışda Rusiyanın səmimiyyətinə inanmaq olarmı? Mövzu ilə bağlı “Sherg.az”a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev vurğulayıb ki, rəsmi Moskva səmimi davransa idi, indiyə qədərki proseslər baş verməzdi: “Atəşin kəsilməsi və 10 noyabr sazişi ilə bağlı olan məsələlərdə Rusiyanın hakim rolunu bilirik. Rəsmi Moskva bu proseslərdə yaxından iştirak edib. Buna baxmayaraq Kremlin gözü qarşısında Ermənistan dəfələrlə təxribat törədib. O da susub. Halbuki bunun qarşısını almaq kimi bir öhdəliyi var idi. Digər tərəfdən Ermənistanın müdafiə naziri əlini, qolunu sallayaraq Qarabağ ərazisinə gedir. Və indiyə qədər ordan çıxarılmalı olan erməni silahlıları ilə görüşür, onların mövqelərinə baxır.Hərçənd ki,erməni silahlıları ordan çıxmalı idi. Rusiya buna “göz yumdu”.Onların gözü önündə erməni terrorçu gəlib Azərbaycan əsgərinə qumbara atır, onlarsa, terrorçunu tutub təkrar Ermənistana təhvil verirlər.Bu siyahını xeyli artırmaq mümkündür”. Partiya sədri bu hadisələrdən sonra Rusiyanın çağırışında başlıca olaraq iki məqsədin olduğunu bildirib: “Birincisi rus sülhməramlıların buna aidiyyəti olmadığını göstərməkdir. Digər tərəfdən özünün sülhpərvər olduğunu, tərəfləri ortaq nöqtəyə gətirmək istədiyini bəlli etməyə çalışır. Xatırladım ki, rəsmi Moskvanın bu çağırışı Avropa İttifaqı tərəfindən bizim ölkə başçısına edilən telefon zəngindən sonra baş verdi. Rusiya cəld ortalığa düşüb məsələyə belə münasibət bildirməklə tərəflər arasında yalnız özünün hakim rolunda iştirak edə biləcəyini göstərməyə çalışdı. Bütün amillər onu göstərir ki, prosesdə Rusiyanın izi var. Rəsmi Moskva həqiqətən bu məsələnin həll olmasını istəyirsə, Putinin də dediyi kimi onlarda sərhədlərlə bağlı xəritələr varsa, niyə delimitasiya və demarkasiya prosesi bu qədər yubadılır? Birmənalı şəkildə rəsmi İrəvanı masaya əyləşdirmək mümkündür. Amma Rusiya tərəfi buna cəhd etmir”. F.Quliyev bu məqamda rəsmi Moskvanın çağırışındakı səmimiyyətin müzakirə mövzusu belə ola bilməyəcəyini diqqətə çatdırıb: “Azərbaycan bu dönəmdə yenə öz soyuqqanlı, qətiyyətli davranışını davam etdirməlidir”. Günəş Mərd/sherg.az Geri dön |