Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Şəlalələr diyarı Ləzənin qızıl payızı
Şəlalələr diyarı Ləzənin qızıl payızı |
Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndi əsrarəngiz təbiət mənzərələri ilə məşhurdur.
Ləzə kəndi və ətraf ərazilərin payız libası göz oxşayır. Dağ şəlalələri və Qusarçay çayının sahili boyunca uzanan təbiət mənzərələrinə baxmaqdan doymaq olmur. Şəlalələr diyarı Ləzəyə qızıl payız çox yaraşır. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə 10-dan çox dağ şəlaləsi var. Qızmar yayda insanların könlünü sərinlədən şəlalələr şaxtalı mövsümdə donaraq görənlərə qış nağılını yaşadır. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir. İki yüzə yaxın əhalisi olan Ləzə kəndində 30-dək ev v Ləzənin payız mənzərələrini özündə əks etdirən fotoreportajı təqdim edir. Geri dön |