Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 33 iş müsbət qiymətləndirilib
Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 33 iş müsbət qiymətləndirilib |
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 11-ci iclası keçirilib.
AMEA-dan bildirilib ki, iclasda biologiya və aqrar elm sahələri üzrə 36 dissertasiya işinin (biologiya üzrə 30, aqrar elm üzrə 6 iş) mövzuları təsdiq üçün müzakirəyə çıxarılıb. Dissertasiya mövzularını botanika işçi qrupu üzrə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, fiziki-kimyəvi biologiya üzrə biologiya üzrə fəlsəfə doktoru Səbinə Ömərova, aqrar elmlər üzrə professor Mustafa Mustafayev təqdim ediblər. AMEA-nın vitse-prezidenti, şuranın sədri akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə həm problem şurasının, həm də işçi qruplarının üzvləri fəal iştirak ediblər. Qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar və müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri “Zoom” proqramı üzərindən iclasa qoşulublar. Müzakirəyə çıxarılmış 36 işdən 33-ü müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, biologiya elmləri üzrə 3 iş təkrar baxılmaq üçün geri qaytarılıb. Geri dön |