Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kiyevdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Kiyevdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

Kiyevdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib


Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Mədəniyyət Nazirliyi və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib. Kiyev Konservatoriyasında baş tutan görüşə Azərbaycan rəsmiləri ilə yanaşı yerli ölkədən olan nümayəndələr də qatılıblar.

Toplantıda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının təşəbbüskarı Heydər Əliyev olub. O qeyd edib ki, bu bayram Azərbaycanın digər bayramlarının içərisində öz layiqli yerini tutub və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd edilir. E. Mədətli qeyd edib ki, Ukrayna Azərbaycanlıları Konqresinin də yaranmasının əsas səbəbkarı Heydər Əliyev olub: “Konqres Ukraynada azərbaycanlılarla bağlı bütün problemlərə dərhal öz münasibətini bildirib, həllinə səy göstərib”. Səfir hazırda Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbədən də danışıb.
UAK-ın və Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyev isə bildirib ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü azərbaycanlılar üçün böyük bir bayramdır: “Biz azərbaycanlılar Ukraynada sübut etmişik ki, bu ölkədə yaşamaqla bütün dünyada olan azərbaycanlılar kimi özümüzü ləyaqətlə təmsil edə bilirik”.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov qeyd edib ki, Ukraynada yaşayan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yüksək səviyyədə qeyd olunması olduqca əhəmiyyətlidir. O dünyanın hər bölgəsində azərbaycanlıların həmrəy olmasını vacib şərt kimi qeyd edib.

Ukraynadakı azərbaycanlıların Ağsaqqallar Şurasının sədri Firudin Məmmədov isə azərbaycanlıların yerli xalqlarla olan mehriban münasibətindən danışıb. O Ukraynada yaşayan azərbaycanlıları daim bir olmağa və bununla Azərbaycanın düşmənlərinə göz dağı verməyə çağırıb.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri Anar Tahirov isə bildirib ki, Ukraynada yaşayan azərbaycanlı gənclər öz fəallıqları ilə seçilirlər: “Bizim gücümüz birliyimizdədir”.

Mərasimdə Ukraynanın mədəniyyət naziri Mixail Kulinyakın bu ölkədəki azərbaycanlılara ünvanladığı təbrik məktubu səsləndirilib. Tədbir Ukraynada yaşayan azərbaycanlı gənclərin, Ukrayna rəqs kollektivlərinin çıxışları ilə davam edib.

Geri dön