Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cənubi Koreyanın sabiq prezidenti Çun Du-hvan vəfat edi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Cənubi Koreyanın sabiq prezidenti Çun Du-hvan vəfat edi

Cənubi Koreyanın sabiq prezidenti Çun Du-hvan vəfat edi


Cənubi Koreyanın sabiq prezidenti Çun Du-hvan noyabrın 23-də qan xərçəngi xəstəliyindən vəfat edib.

Yonhap agentliyinə istinadla xəbər verir ki, 1980-1988-ci illərdə Cənubi Koreyanın prezidenti olmuş 90 yaşlı Çun Du-hvan paytaxt Seuldakı evində dünyasını dəyişib.

Koreya müharibəsinin (1950-1953-cü illər) gedişində hərbi akademiyaya daxil olan Çun Du-hvan bir müddət orduda xidmət edib, ABŞ-ın başçılıq etdiyi koalisiyanın tərkibində Vyetnam müharibəsinə qatılıb. General rütbəsinədək yüksələn Çun Du-hvan ölkənin Mərkəzi Kəşfiyyat İdarəsində və Silahlı Qüvvələrin Baş Qərargahında yüksək vəzifələr tutub, dövlət başçısının təhlükəsizlik xidmətinin rəis müavini işləyib. 1979-cu ildə o zamankı dövlət başçısı Pak Çon-hinin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı istintaqa rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanında hakimiyyəti ələ keçirib, özünə yaxın hərbçilərin köməyi ilə ordunu nəzarət altına alaraq, de-fakto ölkəyə rəhbərlik edib. 1980-ci ildə Şimali Koreyadan olan təhlükə adı ilə ölkədə hərbi vəziyyət elan edib, universitetləri bağlayıb, bütün siyasi fəaliyyətlərə qadağa qoyub. 1980-ci ilin mayında Kvancu şəhərində hərbi vəziyyətə qarşı etiraz aksiyasının dağıdılması nəticəsində çoxu tələbə olmaqla təxminən 4900 nəfər ölüb. Bu hadisə Cənubi Koreya tarixinə "Kvancu qırğını" kimi düşüb.

Çun Du-hvan 1980-ci ilin avqustunda Cənubi Koreyanın mərkəzi seçki qurumunda keçirilmiş səsvermə nəticəsində yeganə namizəd kimi prezident seçilib. Yeni konstitusiyanın qəbulundan sonra 1981-ci ildə Demokratik Ədalət Partiyasının namizədi kimi prezident seçkisində qalib gəlib. 1988-ci ildə prezidentlik müddəti başa çatdıqdan sonra onun rəhbərlik etdiyi partiya da parlamentdə üstünlüyü itirir. Sabiq prezident etdiyi əməllərə görə xalqa müraciətində üzr istəyib, bütün varidatını dövlətə qaytaracağını elan edib. O, günahlarının bağışlanması üçün təxminən 2 il budda məbədində yaşayıb. 1996-cı ildə keçirilmiş məhkəmədə korrupsiya əməllərində və hakimiyyətin ələ keçirilməsində satqınlıqda təqsirli bilinən sabiq prezident haqqında ölüm hökmü çıxarılsa da, sonradan bu qərar ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Amma ölkə prezidenti Kim De-cunq tərəfindən əfv olunub.

Geri dön