Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Cənubi Koreya koronavirusa yoluxma üzrə antirekordunu "yeniləyib"
Cənubi Koreya koronavirusa yoluxma üzrə antirekordunu "yeniləyib" |
Cənubi Koreyada ötən sutka COVID-19 virusuna 4 min 116 yoluxma faktı qeydə alınıb. Bu, Cənubi Koreyada indiyədək qeydə alınan ən yüksək sutkalıq yoluxma göstəricisi olmaqla yanaşı, ilk dəfədir ki, gündəlik yoluxma sayı 4 mini ötüb.
Yoluxmaların əsas hissəsi yenə də paytaxt Seulda və ətrafındakı yaşayış məntəqələrində qeydə alınıb. Ağır xəstələrin sayı da rekord həddə çatıb. Hazırda xəstəxanalarda 586 ağır xəstə var. Cənubi Koreyada noyabrın 1-dən karantin rejiminin yumşaldılması fonunda sutkalıq yoluxmaların çoxalması hökuməti narahat edir. Baş nazir Kim Bu-kyum səhiyyə qurumlarına təcili tədbirlər görülməsi ilə bağlı tapşırıq verib. Qeyd edək ki, hökumət əvvəlcədən elan etdiyi kimi tam peyvənd olunanların sayı ölkə əhalisinin 70 faizinə çatdıqdan sonra noyabrın 1-dən karantin rejiminin yumşaldılmasına start verib. Hökumət gələn il fevralın sonunadək karantin rejimini yumşaldaraq normal həyatın bərpasına nail olmağı hədəfləyib. Amma səhiyyə ekspertləri hazırkı epidemik vəziyyətin həmin hədəfə çatmağa mane olacağını düşünür. Ölkənin səhiyyə qurumları dekabrın ortasına planlaşdırılan karantin rejiminin növbəti yumşaldılma mərhələsini cari vəziyyət fonunda məqbul hesab etmir. Hazırda ən böyük problemlərdən biri də ağır xəstələrin sayının çoxalması nəticəsində xəstəxanalarda bu cür pasiyentlər üçün yer çatışmazlığının yaranmasıdır. Paytaxt Seulda və ətraf yaşayış məntəqələrindəki xəstəxanaların ağır xəstələr üçün nəzərdə tutulan çarpayılarının 83 faizi doludur. Baş nazir çıxış yolu kimi vəziyyəti orta olan xəstələrin yaşadıqları yerlərdə müalicə almasının mümkünlüyünü nəzərdən keçirməyi təklif edib. Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi çərçivəsində indiyədək 40,63 milyon nəfərə hər 2 doza peyvənd vurulub. Bununla da tam peyvənd olunanların sayı ölkə əhalisinin 82,4 faizini ötüb. Geri dön |