Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hacı Zeynalabdin Tağıyevə məxsus əşyalar Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına daxil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Hacı Zeynalabdin Tağıyevə məxsus əşyalar Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına daxil edilib

Hacı Zeynalabdin Tağıyevə məxsus əşyalar Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına daxil edilib


AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunub.

Muzeydən verilən məlumata görə, vitrində Tağıyevə məsus olmuş Quran qabı və dini kitablar nümayiş olunur.

Gümüşdən düzəldilən Quran qabı qızıl suyuna çəkilib, mina və qiymətli daşlarla bəzədilib. Belə ki, Şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdiriblər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib.

Vitrində həmçinin iki ədəd islam dəyərlərinin izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulub. Hələ 1935-ci ildə Muzeyə verilmiş əşyaların sənədləri muzey əməkdaşlarının axtarışları nəticəsində 2012-ci ildə aşkarlanıb. Belə ki, muzeyin Xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən, yuxarıda göstərilən əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu, Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilib.

Geri dön