Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Paşinyanın verdiyi açıqlamalar daha çox Ermənistanın daxili auditoriyasına hesablanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Paşinyanın verdiyi açıqlamalar daha çox Ermənistanın daxili auditoriyasına hesablanıb

Fərəc Quliyev:Paşinyanın verdiyi açıqlamalar daha çox Ermənistanın daxili auditoriyasına hesablanıb


Fərəc Quliyev: “Biz hücum diplomatiyamızı davam etdirib, öz prinsipial mövqeyimizdən bir addım da olsun geri çəkilməməliyik”

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək. Görüş öncəsi Ermənistan baş naziri Nikol Paşinyanın “iddialı” açıqlamaları bu baxımdan diqqətçəkən məqamdır.

Xatırladaq ki, Soçi görüşündən əvvəl Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində görüşü barədə razılıq əldə olunub. Ermənistan Rusiyanın məsələlərin həllinə birmənalı yanaşmadığını göstərməyə çalışır. Buna görə də Paşinyan administrasiyası iki ölkə arasındakı məsələlərin həllinə Qərbi cəlb etməyə cəhd edir. Ermənistan istəyir ki, görüşlər Qərbin patronajlığı altında keçirilsin. Lakin Rusiyada Paşinyanın kim olduğu və hansı siyasi oyunlar qurduğunu yaxşı dərk edirlər. Buna görə də Rusiya tərəfi prosesləri nəzarətdə saxlamağa çalışır. Paşinyan son açıqlamasında Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə toxunub və onlar barəsində danışmağın əsassız olduğunu deyib. Anklavlara gəldikdə, dərhal Paşinyanda onların hüquqi əsaslandırılması barədə suallar yaranır. Əgər elədirsə, onda Azərbaycan da tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərələyəz və Şərqi Göyçənin, hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər. Çox da uzaq olmayan tarixdən bizə məlumdur ki, böyük miqyasda Azərbaycan əraziləri 1929-cu ildə Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman Ermənistana verilib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın verdiyi açıqlamalar daha çox Ermənistanın daxili auditoriyasına hesablanıb:


“Paşinyan həm də deyir ki, bir vaxtlar kolxozlar olub, yerli icra qurumları vasitəsilə bir-birlərinə ərazilər verilib və bunun da nəticəsində anklavlar yaranıb. Sanki özünə yer saxlayır deməyə ki, mən qaytarmaq istəmirdim, ancaq nə edək, qaytarmamaq kimi imkanımız yoxdur. Paşinyanın çox qəribə davranışları var. Həm istəyir ki, məsələ həll edilsin, həm də müxalifətdən çəkindiyi, Qərbə meyilləndiyi və Rusiya amili üçün başqa cür danışmağa məhkumdur. Onun əsas istəyi budur ki, sərhədlərdə delimitasiya prosesi tezliklə yekunlaşmasın. İstəyir ki, təxribatlar davam etsin və prosesə yeni vasitəçilər qoşulsun. Onun ardınca bir müşahidə missiyası olsun. Sonrakı prosesdə isə sülhməramlılar yerləşdirilsin. Bu, Rusiya da ola bilər, Qərb də. Bununla da təmas xəttini saxlamaq istəyir. Prosesi üç yerə bölüb. Deyir ki, Qarabağ, sərhədlərin tanınması və ərazi bütövlüyü fərqli məsələlərdi. Ancaq bunların hamısı tam olan məsələlərdi. Sadəcə, istəyir ki, birdən-birə cəmiyyəti üstünə qaldırmasın. Lazım gələndə hissə-hissə güzəştlə və ya irəli getməklə bağlı addımlar ata bilsin. Anklav məsələsində Paşinyanın əsas istəklərindən biri bu məsələni özündən əvvəlkilərin boynuna yıxmaqdır. Görəcəksiniz, o geri çəkiləcək. Dedi ki, 1991-ci ildə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bununla demək istəyir ki, hətta ərazi bütövlüyünü tanıyacağı halda, bunun məsuliyyəti onun üzərinə düşmür. İkili oynayır. Belə bəyanatları ilə Soçidən və Brüsseldən İrəvana geri qayıtmaq üçün özünə bilet sifariş edir. Biz hücum diplomatiyamızı davam etdirib, öz prinsipial mövqeyimizdən bir addım da olsun geri çəkilməməliyik”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön