Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Lənkəranda tikinti, təmir və abadlıq işləri davam etdirilir
Lənkəranda tikinti, təmir və abadlıq işləri davam etdirilir |
COVID-19 pandemiyasının yaratdığı çətinliklərə, payız-qış mövsümünün başlanmasına baxmayaraq, Lənkəran şəhərində rayonun yaşayış məntəqələrində tikinti, təmir, abadlıq və quruculuq sahəsində işlər davam etdirilir.
Lənkəran şəhərində sakinlərin piyada hərəkəti və gəzinti üçün daha çox istifadə etdiyi Qala Xiyabanında yararsız hala düşmüş travet listlər sökülərək yeni mərmər qarışıqlı beton plitələrlə əvəzlənir. Şəhərin M.Ə.Rəsulzadə, Hacı Nəsir, H.Z.Tağıyev və T.Abdullayev küçələrində səkilərə beton plitələr və bordürlər düzülür. Sakinlərin arzu və istəkləri nəzərə alınaraq mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı şəhərdə təmir-bərpa işləri də davam etdirilir. Bu məqsədlə şəhərdə Həzi Aslanov Xiyabanı küçəsi 1, Akademik Zərifə Əliyeva küçəsi 78/7, 78/22 və Şəhidlər Xiyabanı küçəsindəki 153 saylı ünvanlarda yerləşən çoxmənzilli yaşayış binalarının pilləkən qəfəsləri, fasadları təmir olunaraq rənglənir, blok pəncərələr və çıxış qapıları yenisi ilə əvəz olunur. Görülən işlər şəhər sakinləri tərəfindən razılıqla qarşılanıb. Geri dön |