Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya koronavirusa qarşı peyvənd olunanların ölkəyə gəlişi ilə bağlı qısaldılmış karantini ləğv edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Yaponiya koronavirusa qarşı peyvənd olunanların ölkəyə gəlişi ilə bağlı qısaldılmış karantini ləğv edir

Yaponiya koronavirusa qarşı peyvənd olunanların ölkəyə gəlişi ilə bağlı qısaldılmış karantini ləğv edir


Yaponiya hökuməti koronavirusa qarşı tam peyvənd olunan yaponların və burada yaşayan əcnəbilərin ölkəyə qayıtması ilə bağlı tətbiq edilən yumşaltmaları dekabrın 1-dən ləğv edir.

Bu barədə noyabrın 30-da Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, peyvənd olunan şəxslər də digərləri kimi bundan sonra 10 gün yox, 14 gün karantində qalmalıdırlar.

Qeyd edək ki, Yaponiya koronavirusun omikron ştamının bütün dünyada yayılması ilə əlaqədar noyabrın 30-dan ölkəyə gələn əcnəbi biznesmenlər, tələbələr və texniki heyət üçün bütün ölkələrin vətəndaşlarına yeni vizaların verilməsini dayandırıb. Bu tədbirlərin mütəxəssislər tərəfindən yeni ştamın təhlükəsizliyi ilə əlaqədar aparılan araşdırmalar başa çatdıqdan sonra, bir ay müddətində davam edəcəyi bildirilir. Ehtiyac yaranacağı təqdirdə həmin müddət uzadıla bilər.

Xatırladaq ki, Yaponiya hökuməti ötən il dekabrın 28-dən bütün dünya ölkələrinin və ərazi vahidlərinin vətəndaşlarına koronavirusun yeni ştamlarının yayılması ilə əlaqədar vizaların verilişini dayandırıb. Hazırda bu ölkəyə yalnız yaponlar, burada yaşayan və uzunmüddətli vizaya malik olan əcnəbilər və diplomatlar gələ bilərlər. Həmçinin, qohumları Yaponiyada yaşayan əcnəbilərə də xüsusi hallarda, məsələn ailə vəziyyəti ilə əlaqədar ölkəyə gəlmək icazəsi verilə bilər. Ölkəyə gəlişlə bağlı biznesmenlər, tələbələr və texniki heyət üçün qismən yumşaltmalar Yaponiyada noyabrın 8-dən tətbiq olunsa da, yeni omikron ştamına görə ləğv edilib.

Geri dön