Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti koronavirusun “omikron” ştamına qarşı peyvənd hazırlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti koronavirusun “omikron” ştamına qarşı peyvənd hazırlayacaq

Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti koronavirusun “omikron” ştamına qarşı peyvənd hazırlayacaq


Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti koronavirusun “omikron” ştamına qarşı peyvənd hazırlamaq niyyətindədir.

Bu barədə noyabrın 30-da “Yomiuri şhimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, şirkətin mütəxəssisləri gələcək peyvəndin əsasını təşkil edəcək virus hüceyrələrinin yaradılması istiqamətində hazırlıqlara başlayıblar. Lakin peyvəndin hazır olacağı vaxt barədə konkret məlumat verilmir.

Qeyd edilir ki, bu şirkət tərəfindən koronavirusun istənilən ştamına qarşı peyvəndin hazırlanması istiqamətində iş aparılır. Həmin məhsulun cari maliyyə ilinin (2022-ci il martın 31-də başa çatır) sonlarınadək bazara çıxarılması nəzərdə tutulur. Bu məqsədlə şirkətin oktyabrın 20-də həmin peyvəndin təqribən 3 min nəfər üzərində sınaqlarına başladığı da qeyd edilir.

Əlavə olaraq bildirək ki, hazırda Yaponiyada COVID-19-a qarşı ABŞ-Almaniya birgə “Pfizer və BioNTech” konsorsiumunun, ABŞ-ın “Moderna” və Britaniya-İsveç birgə “AstraZeneca” şirkətlərinin peyvəndləri tətbiq edilir.

Geri dön