Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > COVID-19: Fransada son sutkada 47 177 yeni yoluxma və 115 ölüm faktı qeydə alınıb
COVID-19: Fransada son sutkada 47 177 yeni yoluxma və 115 ölüm faktı qeydə alınıb |
Fransada son sutkada COVID-19 virusuna 47 177 yeni yoluxma və 115 ölüm faktı qeydə alınıb.
Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, ölkədə virusun 5-ci dalğasının artımının qarşısını almaq məqsədilə bir çox ölkələrdən, xüsusilə də Cənubi Afrikadan gələn uçuşlar dayandırılıb. Mərakeş uçuşları dayandırdığından, 20 min fransızın ölkəyə qayıdışı təmin edilib. Ölkədə yoluxma miqdarı hər 100 min nəfərə 306.93 yeni yoluxma təşkil edir. Fransada virusun Omikron ştammına yoluxmada 13 şübhəli xəstənin yaxından izlənildiyi bildirilib. Xəstəxanalarda 10 249 koronavirus xəstəsi var və reanimasiyada 1824 ağır vəziyyətdə olan xəstə müalicə olunur. Ölkədə virus qurbanlarının ümumi sayı 119.131-ə çatıb. Avropa Dərman Agentliyinin (EMA) yaşıl işığından sonra, Səhiyyə üzrə Ali qurum (HAS) koronavirusun ciddi formasına yoluxma riski olan 5-11 yaş arası uşaqlar üçün koronavirusa qarşı peyvəndin vurulmasını tövsiyə edib. Geri dön |