Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin yeni könüllü qrupu ilə görüş keçirilib.

Görüşdə çıxış edən DQİDK-nın Aparat rəhbəri vəzifəsini icra edən Amil Cavadov dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda və dövlətimizin başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub.

A.Cavadov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də “Könüllü fəaliyyət” layihəsinin növbəti mərhələsinə start verildiyini, layihənin əsas məqsədinin gənclərə yeni biliklər və təcrübə əldə etmək imkanı vermək olduğunu diqqətə çatdırıb.

Ardınca DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova və layihənin koordinatoru, İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərminə Məmmədova “Könüllü fəaliyyət” proqramı barədə gənclərə ətraflı məlumat veriblər.

Qeyd edək ki, 6 ay müddətində könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcək ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.

Geri dön