Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Samir Abasov: Bəzi mövqeləri gücləndirmək, yerli futbolçu balansını düzəltmək istəyirik
Samir Abasov: Bəzi mövqeləri gücləndirmək, yerli futbolçu balansını düzəltmək istəyirik |
Çətin oyun keçdi. Üç oyunda uduzduqdan sonra "Səbail"lə görüşdəki qələbənin davamını gətirmək istəyirdik. Amma təəssüflər olsun ki, alınmadı.
Bunu "Neftçi" klubunun baş məşqçisi Samir Abasov evdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib. Qırx üç yaşlı mütəxəssis bildirib ki, oyuna güc qata biləcək Sezar Meza Kolli və Xorxe Korrea kimi futbolçulardan zədəli olduqları üçün yararlana bilməyiblər: "Meza Kolli məşqdə əzələsini dartıb. Yusuf Laval da eyni problemlə üzləşdi. Lavalın oyunadək problemi yox idi. Romen Bask da qızdırmalıdır. Xorxe Korrea məşq vaxtı zərbə aldı. Biz bəhanələr axtarmalı deyilik. Ronaldo kimi oyunçu da Portuqaliya millisində qaça-qaça əzələsini dartır. Bunlar sübut olunmayan zədələrdir. Heç kimdə günah yoxdur, taleyin acı tərəfidir". S.Abasov qış fasiləsində komandada dəyişiklik etməyi düşündüklərini diqqətə çatdırıb: "Bunlar bizim klub daxilində olan söhbətlərdir. Bəzi mövqeləri gücləndirmək, yerli futbolçuların balansını düzəltmək istəyirik. Bu durumdan yerli futbolçularımız qazanc əldə edə, gələcək üçün komanda quruluşunda iştirak edə bilərlər. Klub rəhbərliyi ilə görüşlərimiz, oyundan sonra bazada müzakirələrimiz davam edəcək". Baş məşqçi Rusiyada çıxış edən Ayaz Quliyevin "Neftçi"yə keçmə variantı barədə məlumatsız olduğunu, mümkün transferlərlə klubdakı müvafiq şöbənin məşğul olduğunu bildirib. Geri dön |