Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Serbiya ilə Bosniya və Herseqovinada koronavirusa yoluxma halları artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Serbiya ilə Bosniya və Herseqovinada koronavirusa yoluxma halları artır

Serbiya ilə Bosniya və Herseqovinada koronavirusa yoluxma halları artır


Qərbi Balkan ölkələrindən Serbiya ilə Bosniya və Herseqovinada COVID-19 infeksiyasına yoluxma və ölüm hallarında artım müşahidə edilir.

Serbiyanın Səhiyyə Nazirliyi Rusiya istehsalı olan birdəfəlik “Sputnik Light” peyvəndinin tezliklə tətbiq olunacağını açıqlayıb. COVID-19-a yoluxanların sayının 1 milyon 270 minə çatdığı Serbiya bununla da “Sputnik Light” peyvəndini təsdiqləyən ilk Avropa ölkəsi olacaq. Ölkədə COVID-19-un qurbanlarının sayı 11 min 955-ə yüksəlib.

Bosniya və Herseqovinada isə COVID-19-a qarşı peyvəndlərə maraq azdır. Bu səbəbdən ölkədə hər iki doza peyvənd olunanların əhaliyə nisbəti 30 faizi ötə bilməyib. Son 24 saat ərzində Bosniya və Herseqovinada 264 nəfərdə COVID-19 aşkarlanıb, 32 nəfər virusun qurbanı olub.

Geri dön