Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Masallıda “Dini radikalizm və ekstremizm, narkomaniya, erkən nikaha yox deyək” mövzusunda seminar-treninq keçirilib
Masallıda “Dini radikalizm və ekstremizm, narkomaniya, erkən nikaha yox deyək” mövzusunda seminar-treninq keçirilib |
Dekabrın 8-də Masallı şəhəri “Dəfinə” məktəb-liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis (RPŞ) və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Dini radikalizm və ekstremizm, narkomaniya, erkən nikaha yox deyək” mövzusunda seminar-treninq keçiril
Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov , “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov, müəllim və şagirdlər iştirak ediblər. “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov dini radikalizm və ekstremizm, narkomaniya, erkən nikaha qarşı mübarizə istiqamətində məktəbdə aparılan tədbirlərdən söhbət açıb. DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxışında bildirib ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir. Daha sonra vurğulayıb ki, mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək vacibdir. Ölkəmizdə dini radikalizm və ekstremizmin yaranmaması yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası mövcuddur. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova çıxışında qeyd edib ki, erkən nikah cəmiyyəti narahat edən böyük problemlərdən biridir. Bu, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin yaranmasına səbəb olur. Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, sağlamlığına ciddi mənfi təsir göstərməsindən, psixotrop maddələrin yaratdığı fəsadlardan danışıb. Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib. Geri dön |