Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ” səfərdə İsveçrənin “Bazel” klubuna məğlub olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Qarabağ” səfərdə İsveçrənin “Bazel” klubuna məğlub olub

“Qarabağ” səfərdə İsveçrənin “Bazel” klubuna məğlub olub


Dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən matçda İsveçrənin “Bazel” klubu Ağdam təmsilçisi “Qarabağ”ı məğlub edib.

“Sent Yakob Park” stadionunda keçirilən görüşün 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Artur Kabral hesabı açıb. Matçın 62-ci dəqiqəsində "Bazel"in yarımmüdafiəçisi Paytim Kasami hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 74-cü dəqiqəsində Artur Kabral özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Bu oyunda vurulan son qol olub.

Qeyd edək ki, Ağdam təmsilçisinin isə 3-cü dəqiqədə vurduğu qol sayılmayıb.

Oyunu xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edib.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.

“Bazel” klubunun ilk onbirliyində isə Haynts Linder, Nasser Ciqa, Paytim Kasami, Artur Kabral, Valentin Stokker, Fabian Fray, Serxio Lopes Qalaçe, Vouter Burger, Raul Petretta, Matias Palasios və Edon Joqrova yer alıblar.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu oyun “köhlən atlar” üçün avrokuboklarda yubiley matçı olub. Komanda beynəlxalq arenada 140-cı görüşünə çıxıb.

Bu qrupun digər oyununda Kiprin “Omoniya” komandası Qazaxıstanın “Kayrat” komandasını qəbul edib. Kiprdə keçirilən matçda qapılara qol vurulmayıb - 0:0.

Geri dön