Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstraliya yanvarın 10-dan 5-11 yaşlılara COVID-19-a qarşı peyvəndin vurulmasına başlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Avstraliya yanvarın 10-dan 5-11 yaşlılara COVID-19-a qarşı peyvəndin vurulmasına başlayacaq

Avstraliya yanvarın 10-dan 5-11 yaşlılara COVID-19-a qarşı peyvəndin vurulmasına başlayacaq


Avstraliya 2022-ci il yanvarın 10-dan 5-11 yaşlı uşaqlara COVID-19-a qarşı peyvəndin vurulmasına başlayacaq.

Bu barədə dekabrın 10-da Avstraliyanın Baş naziri Skott Morrison məlumat verib.

Baş nazirin bildirdiyinə görə, Avstraliya Əhalinin İmmunlaşması Məsələləri Üzrə Texniki Məsləhət Qrupunun mütəxəssisləri həmin yaş qrupuna daxil olan uşaqlara ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” farmasevtik şirkətlərinin birgə məhsulu olan “Comirnaty” peyvəndinin səkkiz həftəlik fasilə ilə iki dozada vurulmasını tövsiyə ediblər.

“Yanvarın 10-dək Terapevtik Əmtəələr İdarəsi (TGA) peyvəndin testlərini və tibb işçilərinin hazırlığını başa çatdırmalıdır”, - deyə Baş nazir bildirib.

Bununla yanaşı, Avstraliyada 6-11 yaşlı uşaqlara ABŞ-ın “Moderna” şirkətinin peyvəndinin vurulması məsələsi də araşdırılır. TGA-nın bununla əlaqədar razılığı cari ilin sonunadək yekunlaşdıracağı qeyd edilir.

Avstraliya Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə əhalinin 93 faizi (19,2 milyon nəfər) peyvəndin bir dozasını qəbul edib. 18,2 milyon nəfərə isə peyvəndin hər iki dozası vurulub. Həmçinin, 600 mindən çox avstraliyalının artıq buster dozanı aldığı da qeyd edilir.

Bununla yanaşı, son sutkalarda Avstraliyada 1740 nəfərdə COVID-19-un qeydə alındığı bildirilir.

Geri dön