Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bişkekdə böyük qırğız yazıçısı Çingiz Aytmatova həsr olunan kitabın təqdimatı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Bişkekdə böyük qırğız yazıçısı Çingiz Aytmatova həsr olunan kitabın təqdimatı olub

Bişkekdə böyük qırğız yazıçısı Çingiz Aytmatova həsr olunan kitabın təqdimatı olub


Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşkilatçılığı ilə Bişkekdə böyük qırğız yazıçısı Çingiz Aytmatovun anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə alimlər, yazıçılar, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Qırğızıstan Milli Yazıçılar İttifaqı sədrinin müavini Kerimbek Kadırakunov Çingiz Aytmatovun həyat və yaradıcılığı haqqında danışıb, onun əsərlərinin dünya ədəbiyyatı tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

K. Kadırakunov ədəbiyyatda Çingiz Aytmatov, siyasətdə Heydər Əliyev böyüklüyündən danışıb. O deyib ki, hər iki dahi şəxsiyyət dekabrın 12-də dünyadan köçüb.

TDSDF-nin rəhbəri Nüsrət Məmmədov fondun təşəbbüsü ilə Heydər Əliyev və Çingiz Aytmatovun həyat və fəaliyyəti ilə bağlı “İki dahi şəxsiyyət” adlı film çəkildiyini diqqətə çatdırıb. O deyib ki, filmin müəllifi və rejissoru Qırğızıstanın Əməkdar mədəniyyət xadimi Zamir Eraliyevdir.

N.Məmmədov akademik Osmonakun İbraimovun Çingiz Aytmatovun həyat və yaradıcılığından bəhs edən “Çingiz Aytmatov - imperiyanın son yazıçısı” əsərinin Azərbaycan dilinə tərcümə olunduğu və Bişkekdə nəşr edildiyi haqqında da məlumat verib.

Sonra kitabın təqdimatı keçirilib.

Müəllif Osmonakun İbraimov deyib ki, TDSDF tərəfindən 2008-ci il Qırğızıstanda “Çingiz Aytmatov İli” elan edilmişdi. Qırğızıstan və Azərbaycan xalqlarının dostluğunun rəmzi kimi fondun dəstəyi ilə həmin il fevralın 24-dən martın 1- dək Çingiz Aytmatov Bakıda olmuş, yazıçının yaradıcılığına həsr edilmiş tədbirlər keçirilmişdi. Yazıçını müşayiət edən Qırğızıstan nümayəndə heyətinin başçısı fondun rəhbəri Nüsrət Məmmədov idi.

Akademik bildirib ki, o vaxt Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Aytmatov və TDSDF-nin rəhbəri N.Məmmədovu qəbul etmış və yazıçını "Dostluq" ordeni ilə mükafatlandırmışdı. Osmonakun İbraimov kitabın tərcüməsi və nəşr olunması üçün fondun rəhbərinə təşəkkürünü bildirib.

Sonda “İki dahi şəxsiyyət” filmi nümayiş etdirilib.

Geri dön