Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > İpoteka şərtlərində hansı yenilik var?
İpoteka şərtlərində hansı yenilik var? |
Sosial ipotekanın verilməsində dəyişikliklərin olacağı deyilsə də hələ ki, ipoteka şərtlərinə ediləcək yeniliklər barədə heç bir xəbər yoxdur.
İpoteka Fondundan Davam.az-a verilən məlumata görə, ipoteka şərtləri olduğu kimi qalıb. Qeyd edək ki, Azərbaycanda sosial ipoteka ilə bağlı qanun layihəsinin parlamentin 2013-cü ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Qanun layihəsində sosial ipotekaya təklif olunan dəyişikliklər öz əksini tapacaq. Təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur. Həmçinin sosial ipoteka kreditinin maksimum məbləğinin indiki 35 mindən 50 min manata, hətta 60 min manata qədər artırılması təklif edilir. Eləcə də, sosial ipoteka çərçivəsində illik faiz dərəcələrinin hazırkı 4 faizdən aşağı salınmasının təkrar nəzərdən keçirilməsi mümkündür. Bundan əlavə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq ki, bu zaman o, bütün məbləği tam şəkildə özü ödəməli olacaq. Növbəti ilin yaz sessiyasında “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq ki, bu sənəddə də gənclərin və gənc ailələrin mənzillə təminatı, onların sosial ipotekadan güzəştli və uzunmüddətli yararlanması, o cümlədən gənclərin işlə təminatı məsələsi öz əksini tapmalıdır. Geri dön |