Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şanlı tarix: Güney Azərbaycanda Milli Hökumətin qurulmasından 76 il ötür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şanlı tarix: Güney Azərbaycanda Milli Hökumətin qurulmasından 76 il ötür

Şanlı tarix: Güney Azərbaycanda Milli Hökumətin qurulmasından 76 il ötür


İkinci Dünya Müharibəsinin sonunda dünyanın siyasi mənzərəsi dəyişmişdi. Bir çox qitələrdə yeni dövlətlərin qurulduğu bir zamanda-1945-ci ilin 3 sentyabrında Güney Azərbaycanda xalqımızın maraqlarını ifadə edən Azərbaycan Firqəsi yaranır.

Həmin ilin noyabrında firqənin I qurultayı keçirilir. Seyid Cəfər Pişəvəri Mərkəzi Komitənin sədri seçilir və firqənin Azərbaycan xalqı qarşısında tutduğu vəzifə və öhdəlikləri barədə məlumat verilir.

Azərbaycan Demokratik Firqəsinin mətbu orqanı sayılan “Azərbaycan” qəzetində 21 Azər hərəkatının hazırlıq mərhələləri barədə bilgilər dərc olunur.

1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilir.

Azərbaycan Milli Hökuməti qısa zaman kəsiyində xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlər həyata keçirdi. Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblər açıldı, milli teatr və mili filarmoniya quruldu, milli kitabxanalar istifadəyə verildi, yollar çəkildi, torpaq islahatı aparıldı, iri banklar milliləşdirildi, səyyar xəstəxana və klinikalar yaradıldı, sosial proqramlar qəbul olundu.

Bundan başqa Güney Azərbaycan Milli Ordusunun yaradılması istiqamətində mühüm addımlar atıldı. Qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması Milli Hökumətin əsas uğurlarından idi.

Hökumətin qərar ilə Azərbaycan türkcəsi dövlət dili olaraq qəbul edildi, ana dilində kitablar çap olundu.

Halbuki, 1925-ci ildən bəri Rza şah Pəhləvinin qərarı ilə Azərbaycan türkcəsi rəsmi olaraq işlədilməsi qadağan idi.

Qeyd edək ki, 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökumətin Qərarı” qəbul edilir. Bu sənəd elan edirdi ki, bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir.

Lakin Güney Azərbaycan Milli Hökuməti bu parlaq islahatları davam etdirə bilmir. Dəyişən geosiyasi düzənin fonunda Milli Hökumətə basqılar artır.

İmperialist güclərdən dəstək alan Tehran rejimi Milli Hökuməti devirməyə nail oldu. ABŞ və SSRİ-nin razılığı ilə İranın hakim şah rejimi Güney Azərbaycanı yenidən işgal etdi, Təbizdə qətliam törətdi.
21 Azər Güney Azərbaycanın həm azadlıq, həm də işğal günü kimi tarixə düşdü.

Azərbaycan Milli Hökumətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qaldı. Hökumətin Baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edildi, Maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı.

Milli Hökumətin digər qurucuları da həbsə və sürgünlərə göndərild

S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Quzey Azərbaycanın Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə avtomobil qəzasında həlak oldu.

Pişəvərinin məzarı Bakı şəhərində birinci Fəxri Xiyabandadır. Güney Azərbaycanda fars şovinizminə qarşı milli kimlik uğrunda hərəkatın rəhbərlərini və fəallarını, Milli Hökumətinin arzuları yarımçıq qalmış qurucularını sayğı ilə yad edirik.


Geri dön