Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Misirdə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş təşkil edilib
Misirdə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş təşkil edilib |
Qahirədə səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Misirdə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüb.
Görüşdə çıxış edən E.Əliyev DİDK-in fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, komitə tərəfindən diasporla iş üzrə strategiya hazırlanıb və həyata keçirilir. Bu kontekstdə müxtəlif ölkələrin yerli xüsusiyyətləri nəzərə alınıb. Növbəti mərhələdə lobbiçilik siyasətinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq dünyanın 27 ölkəsi üzrə 14 koordinasiya şurası yaradılıb, həmçinin 11 Azərbaycan Evi fəaliyyət göstərir. Bundan başqa, komitənin sosial şəbəkələrdə yaratdığı səhifələrdə diaspor fəaliyyəti üzrə yeniliklər çatdırılır, koordinasiya şuralarının ünvanları yerləşdirilib. E.Əliyev vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Berlin və Nant şəhərlərində “Qarabağ” adlı həftəsonu məktəblər yaradılıb. Həmçinin xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənmələri üçün elektron kitab hazırlanıb. Sədr müavini diqqətə çatdırıb ki, pandemiya şəraitində komitə tərəfindən 8800 soydaşımıza maddi yardım göstərilib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində diaspor təşkilatlarının fəaliyyəti yüksək səviyyədə olub, soydaşlarımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Dünyanın müxtəlif ölkələrində aksiyalar təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Tural Rzayev diplomatik nümayəndəliyimizin diaspor təşkilatları ilə əməkdaşlığı, xüsusən Vətən müharibəsi günlərində birgə fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, səfirliyin əməkdaşları bundan sonra da Azərbaycan həqiqətlərinin Misir ictimaiyyətinə çatdırılması, ölkəmizin mədəniyyətinin və tarixinin təbliği istiqamətində diaspor üzvlərinə yardımını əsirgəməyəcək. O qeyd edib ki, Vətən müharibəsi Qələbə ilə başa çatıb, lakin mübarizəmiz davam edir və diaspor üzvləri sosial şəbəkələrdəki ərəb dilli seqmentlərdə fəal olmalı, xalqımızın haqq səsini yerli ictimaiyyətə çatdırmalıdır. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov diaspor təşkilatının fəaliyyəti barədə məlumat verib. O diqqətə çatdırıb ki, Misirdə 2014-ci ildən bəri fəaliyyət göstərən diaspor mərkəzi bundan sonra öz fəaliyyətini yeni qurulmuş dostluq cəmiyyətinin nəzdində davam etdirəcək. Bu günədək mərkəzdə dünyanın 40-dan çox ölkəsindən olan 1500-dən çox tələbə Azərbaycan dili başda olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alıb. Cəmiyyətin hədəfləri hazırda dünyanın 35 ölkəsindən olan 400-dən çox tələbəyə ödənişsiz təhsil vermək, eyni zamanda, daha çox tələbəni tədris prosesinə cəlb etməkdir. Burada təhsil almaq istəyən gənclərin sayı getdikcə artır və 40 nəfərdən artıq tələbə müxtəlif fənlər üzrə siyahıya alınıb. Son 3 ay ərzində 40-dan çox tələbə Azərbaycan dilini öyrənmək üçün müraciət edib və yaxın günlərdə onlar üçün də yeni kurslar təşkil olunacaq. Sonda Misirdəki diaspor mərkəzinin fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib. Geri dön |