Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər


Dekabrın 19-da keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

DİM-dən bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün DİM-in saytında yerləşdirilən linkə daxil olmaq lazımdır. Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də ayrıca vərəqdə çap etməlidirlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini , imtahana buraxılış vərəqəsini, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Geri dön