Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneyli siyasi məhbus Tehran zindanında aclıq aksiyasına başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneyli siyasi məhbus Tehran zindanında aclıq aksiyasına başlayıb

Güneyli siyasi məhbus Tehran zindanında aclıq aksiyasına başlayıb


Əlirza Fərşi yaydığı bəyanatda 21 Azər hərəkatının ildönümündə İranda qeyri-fars millətlərin hüquqlarının pozulmasına, Urmu gölünün qurudulmasına, Azərbaycan mədənlərinin talanmasına və xalqın ağır məişət problemlərinin həll olunmamasına etiraz etdiyini bildirib.

“İranda Azərbaycan, Qaşqay, Xorasan və xələc türklərinin, türkmənlərin, eyni zamanda ərəb, bəluç, kürd, lor, gilək və başqa etnik, dil və milli azlıqların hüquqlarının tapdalanmasına, onların öz müqəddəratını təyin etmə, ana dilində təhsil, iqtisadi-ictimai və başqa hüquqlarından məhrum edilmələrinə etiraz olaraq 3 günlük aclıq aksiyasına başlayıram”-deyə, siyasi məhbus yaydığı bəyanatda yazıb.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Geri dön