Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniyada inflyasiya son 10 ilin pik həddinə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Böyük Britaniyada inflyasiya son 10 ilin pik həddinə çatıb

Böyük Britaniyada inflyasiya son 10 ilin pik həddinə çatıb


Böyük Britaniyada inflyasiya son 10 ilin pik həddinə çatıb.

Britaniyada noyabrda illik inflyasiya səviyyəsi 5,1 faiz olub. Bu, 2011-ci ilin sentyabrından bəri qeydə alınan ən yüksək göstəricidir. Oktyabr ayında eyni nisbət 4,2 faiz olub.

Milli Statistika İdarəsi inflyasiyanın bu həddə çatmasının səbəbini nəqliyyat və enerji qiymətlərindəki artımla əlaqələndirib. İdarədən bildirilib ki, inflyasiyanın artmasında ən böyük amillər yanacaq, enerji, geyim və ikinci əl avtomobil qiymətləridir və xammal xərcləri də xeyli artıb.

Böyük Britaniyada noyabrda bir litr benzinin qiyməti rekord səviyyəyə qalxaraq təxminən 1,46 funt-sterlinqə yüksəlib. İkinci əl avtomobillərin qiymətində də artım müşahidə olunub, çünki yeni avtomobillərin istehsalı yaranan problemlər səbəbindən dayandırılıb.

Beynəlxalq Valyuta Fondu 2022-ci ilin əvvəlində inflyasiyanın 5,5 faizə yüksələrək son 30 ilin ən yüksək səviyyəsinə çatacağını bildirərək Mərkəzi Bankı tədbir görməyə çağırıb.

Bununla belə, Bank “omikron” variantının iqtisadiyyata necə təsir edəcəyinə dair məlumatlı olmadığı üçün faiz dərəcələrini artırmaq üçün təzyiqlərə müqavimət göstərir.

Geri dön