Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qurban Qurbanov: Qələbə qazanmaq üçün çox əziyyət çəkdik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Qurban Qurbanov: Qələbə qazanmaq üçün çox əziyyət çəkdik

Qurban Qurbanov: Qələbə qazanmaq üçün çox əziyyət çəkdik


Vacib qələbə qazandıq. Komandada narahatlıq var idi. İstər-istəməz futbolçuların düşüncəsində oyunu bitirib, evə getmək idi. Qələbə qazanmaq üçün çox əziyyət çəkdik. Asan olmadı. Futbolçularımı təbrik edirəm. Möhtəşəm dövrə keçirdilər. Çox çalışdılar, əziyyət çəkdilər. Bu dövrdə özlərini peşəkar kimi apardılar. Onlara təşəkkür edirəm. Rəşad Sadıqova və komandasına uğurlar arzu edirəm

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Qırx doqquz yaşlı mütəxəssis hər dəfə olduğu kimi, qarşıdakı ildə də bütün futbolçularına və komandasına sağlamlıq arzulayıb: "Sağlamlıq olmasa, uğur əldə etmək olmur. Sağlam halda istək və arzu çox olur. Hədəf olaraq hər zaman istəmişəm ki, sabit olaq".

O, fasilədən sonra mübarizəyə "Keşlə"yə qarşı dörddəbir final oyunu ilə başlayacaqlarını xatırladaraq, yenə sıx qrafikdə olacaqlarını vurğulayıb: “Hazırda futbolçuların daha çox istirahətə ehtiyacı var, nəinki ritmi qorumağa. Onlar son matçlarda çox yorulurlar”.

Q.Qurbanov hücumameyilli yarımmüdafiəçi almaq istədiklərini də dilə gətirib: "Digər mövqeyi isə deyə bilmərəm. Sıx qrafikdə olacağıq. Hər bir futbolçuya şans verirəm və verəcəyəm. Biz istəyirik ki, oyunçularımızın sayı çox olsun. Rəqabət artmalıdır. Rəqabət artsa, inkişaf da olacaq".

"Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov deyib: “Futbolçularımın çıxışından çox razı qaldıq. Əzmkar və inamlı oyun oldu. Bizə yaraşmayan səhvlərdən qol buraxdıq. "Ucuz qol"ların acısını çəkdik. Oyunu təhlil edəcəyik. Rəqibdən çəkinmirdik. "Qarabağ" öz meydanında inamlı oynayır. Baş məşqçi məğlubiyyətə baxmayaraq, meydanda istədiyi komandanı görüb: “Faizə bölməyəcəyəm. Xüsusilə, bugünkü oyunda yaxşı çıxış etdik. Rəqibin təzyiqindən çıxa bildik. Yaxşı hücumlarımız olsa da, dəyərləndirə bilmədik. İstədiyim komandanı görürəm. İki dövrəyə 22 xal toplamışıq. Bu, yaxşı göstəricidir. Son iki oyundur məğlub oluruq. Ötən oyunda məğlubiyyətə layiq deyildik".

Geniş heyət istədiyini deyən Sadıqov hücum xəttindəki problemlərə diqqət çəkib: "İstəyirəm ki, transfer olsun. Ürəyimcə olmayan futbolçunu komandaya götürməyəcəyəm. Zədələnən Nemanya Andelkoviçin yerinə futbolçu gətirməyi düşünürük. Dörd ay bizimlə olmayacaq. Bu mövqeyi gücləndirmək istəyirik. Anatole Abanqın bizə keçidi gözlənilmir".

Baş məşqçi azarkeşlərin "Rəşad milliyə" şüarlarına isə belə reaksiya verib: "Diqqətim oyunda idi, buna fikir vermirdim".

Qeyd edək ki, Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. On doqquz yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına 3 xal qazandırıb.

Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. İyirmi iki xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə üçüncü və dördüncü yerləri bölüşdürür.

Geri dön