Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sorğu: Ermənistanda şagirdlərin 15 faizi ərzaq qıtlığı səbəbilə evdə ac qalırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Qərbi Azərbaycan-İrəvan > Sorğu: Ermənistanda şagirdlərin 15 faizi ərzaq qıtlığı səbəbilə evdə ac qalırlar

Sorğu: Ermənistanda şagirdlərin 15 faizi ərzaq qıtlığı səbəbilə evdə ac qalırlar


Ermənistanda keçirilən sorğunun nəticələrinə görə, şagirdlərin 15 faizi evdə ərzaq qıtlığı səbəbindən ac qalırlar.

“News.am” saytının yaydığı məlumata görə, bu göstəricilər Ermənistan Təhsil Nazirliyi tərəfindən ölkə hökumətinə təqdim etdiyi məlumatlarında öz əksini tapıb.

Şagirdlər bildirirlər ki, aclıqdan onlarda baş və qarın ağrıları, ürək bulanma, yuxusuzluq müşahidə olunur. Bu da erməni məktəblilərin psixoloji vəziyyətinə neqativ təsir göstərir.

Araşdırma UNİCEF-in dəstəyi ilə keçirilib. Təhsil Nazirliyi isə öz növbəsində bu gün Ermənistan hökumətinin iclasında müzakirəyə çıxarılacaq “Stabil məktəb qidalanma” proqramın konsepsiyasını tərtib edib. Hal-hazırda bu proqram 6 vilayətdə icra olunur.

Geri dön