Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İrandan Ermənistana idxal embarqosu "götürülə bilər"
İrandan Ermənistana idxal embarqosu "götürülə bilər" |
Ermənistan İrandan idxal edilən mallar üzərindən embarqonun götürülməsi üzrə İran İslam Respublikası ilə danışıqlar aparır. Bu barədə Yerevanda jurnalistlərlə görüşü zamanı Ermənistan iqtisadiyyat naziri Tiqran Davtyan məlumat verib.
Davtyan bu istiqamətdə həm rəsmi, həm qeyri-rəsmi səviyyədə danışıqlar aparıldığını bildirib. MövzularBölgə, İqtisadiyyatOnun sözlərinə görə, Ermənistan hökuməti embarqonun Ermənistana şamil edilməməsinə nail olmağa çalışır. Lakin adətən ticarət məhdudiyyətləri bütün dövlətlərə aiddir. İran noyabr ayının əvvəlindən 52 növ malların ixrac edilməsini qadağan edib. Bu, İran üzərinə tətbiq edilən beynəlxalq sanksiyalar nəticəsində ölkənin daxili bazarında bəzi malların çatışmazlığı ilə bağlıdır. Və Tehran bəzi yerli malların xaricə satışını ixtisar edib. “Xüsusi bir ölkə üçün xüsusi münasibətə nail olmaq çox çətindir”, - o deyib. Ermənistan sahibkarları İrandan alınmasına qadağa qoyulan malların Avropa və MDB ölkələrindən idxal edilməsinə çalışırlar. İran xammalının çatışmazlığı ucbatından artıq bir sıra Ermənistan müəssisələri dayanıb. Bu müəssisələrdə əsasən süd qutuları, parnik üçün polietilen plyonka və tara istehsal olunur. Bu barədə məlumat verən “Joğovurd” (“Xalq”) qəzeti vəziyyəti təcili surətdə sahmana salmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin İranla danışıqlara başladığını bildirmişdi. İrandan başqa Ermənistana polimer xammal Rusiyadan, Çindən, Cənubi Koreyadan, Səudiyyə Ərəbistanından da idxal edilir, lakin bu, nisbətən baha başa gəlir və istehsalatın maya dəyərinin artmasına səbəb olur. Qəzet bunun nəticəsində Ermənistanda qiymətlərin 7 faizədək artmasına gətirdiyini qeyd edir. Geri dön |