Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > On bir ayda kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 9,6 milyard manat olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > On bir ayda kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 9,6 milyard manat olub

On bir ayda kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 9,6 milyard manat olub


Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78,7 faiz artıb

Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9 milyard 668 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 132 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3 milyard 501 milyon manatı POS-terminallar, 34 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34,8 faizini təşkil edib.

Geri dön