Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Yaponiya hökuməti “omikron” ştamına görə hələlik ölkə daxilində məhdudiyyətlər tətbiq etməyəcək
Yaponiya hökuməti “omikron” ştamına görə hələlik ölkə daxilində məhdudiyyətlər tətbiq etməyəcək |
Yaponiya hökuməti koronavirusun “omikron” ştamının yayılması ilə əlaqədar hələlik ölkə daxilində biznesə və digər tədbirlərə məhdudiyyətlər tətbiq etmək niyyətində deyil.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno dekabrın 23-də keçirilən ənənəvi mətbuat konfransı zamanı məlumat verib. “Hazırda biz cari yumşaltmanın dəyişdirilməsi ilə bağlı hər hansı tədbirlər barədə düşünmürük. Bununla yanaşı, biz mütəxəssislərlə birlikdə mövcud vəziyyəti ciddi şəkildə izləyirik”, - deyə baş katib bildirib. Son məlumatlara görə, Yaponiyada “omikron” ştamına cəmi 100 yoluxma halı qeydə alınıb. Həmçinin dekabrın 22-də son vaxtlar xaricdə səfərdə olmayan yerli sakinlərdə ilk dəfə ştamma yoluxma aşkar edilib. Bunadək bütün yoluxmalar aeroportda ölkəyə xaricdən gələnlərdə yoxlama zamanı müəyyən edilib. Eyni zamanda, qeyd edək ki, Yaponiyada oktyabradək koronavirusla bağlı bir sıra məhdudiyyətlər mövcud idi. Belə ki, ictimai iaşə obyektlərində spirtli içkilərin satışına icazə verilmir, onlardan vaxtından əvvəl bağlanmaq tələb olunurdu. Hazırda bununla bağlı heç bir məhdudiyyət yoxdur. Lakin yaponlar açıq hava da daxil olmaqla hər yerdə maskadan istifadə edirlər və sosial məsafəni gözləməyə çalışırlar. Həmçinin 126 milyon əhaliyə malik ölkədə yüksək immunlaşmaya nail olunub. Son məlumatlara görə artıq əhalinin 77 faizi və ya 98,5 milyon nəfər peyvəndin hər iki dozasını alıb. Koronavirusa yoluxma hallarının sayı da ölkədə aşağı səviyyədədir. Belə ki, dekabrın 22-də bütün Yaponiya üzrə cəmi 262 yeni yoluxma halı qeydə alınıb. Pandemiya dövründə burada ümumilikdə 1,7 milyon yoluxma qeydə alınıb və onlardan 18 mini həyatını itirib. Geri dön |