Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hulusi Akar Ankarada azərbaycanlı şəhid ailəsi, şəhid övladları və qazı tələbəmizlə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Hulusi Akar Ankarada azərbaycanlı şəhid ailəsi, şəhid övladları və qazı tələbəmizlə görüşüb

Hulusi Akar Ankarada azərbaycanlı şəhid ailəsi, şəhid övladları və qazı tələbəmizlə görüşüb


Türkiyənin milli müdafiə naziri Hulusi Akar İkinci Qarabağ müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsi üzvləri, eləcə də Türkiyədə təhsil alan iki şəhid övladı və bir qazı ilə görüşü

Azərbaycanın Türkiyədəki səfirliyinə istinadla xəbər verir ki, nazir Hulusi Akarla görüşən soydaşlarımız dekabrın 23-də Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib, türk dünyasının böyük oğlunun ruhuna ehtiram göstəriblər.

Türkiyənin Milli Müdafiə Nazirliyində keçirilən görüşdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov da iştirak edib.

Soydaşlarımızla səmimi söhbət edən nazir Hulusi Akar Azərbaycan-Türkiyə qardaşlığını əbədiyyətə qədər davam edəcəyini vurğulayıb.

Görüşdən sonra soydaşlarımız Azərbaycanın Türkiyədəki səfirliyində olublar. Diplomatik nümayəndəliyimizdə onlara böyük ehtiram göstərilib.

Qeyd edək ki, V.Məmiyev ötən il avqustun 13-də Azərbaycanda təşkil edilən Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində uğurla iştirak edən hərbçilərdən biri olub. Təlimlərdən sonra H.Akar Məmiyevə mükafat təqdim edib, şəkil çəkdirib və söhbət edib. Türkiyəli nazir hərbçilərə üz tutaraq deyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox yaxşıdır. Ancaq əsas vəzifəniz 30 ildir işğal altındakı torpaqlarınızı azad etməkdir. Buradakı uğurlarınızı döyüş meydanında da sübut etməlisiniz”.

V.Məmiyevin cavabı isə belə olub: “Biz Ali Baş Komandanın əmrini gözləyirik. Əmr gələn kimi ərazilərimizi işğaldan azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”. Qubadlı uğrunda döyüşdə yaralanan hərbçi yerləşdirildiyi xəstəxanada məqsədinə çatdığını söyləyib: “Mən artıq məqsədimə çatmışam. Mən qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözü tutdum. Vətən sağ olsun”. Bir müddət sonra yaralı hərbçi şəhid olub.

Geri dön