Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Darxan Kıdırali: Prezident İlham Əliyev qazandığı misilsiz uğurlarla bütün türk xalqlarının qəlbini fəth etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Darxan Kıdırali: Prezident İlham Əliyev qazandığı misilsiz uğurlarla bütün türk xalqlarının qəlbini fəth etdi

Darxan Kıdırali: Prezident İlham Əliyev qazandığı misilsiz uğurlarla bütün türk xalqlarının qəlbini fəth etdi


Prezident İlham Əliyev illər boyu bütün istiqamətlərdə böyük incəliklə formalaşdırdığı və həyata keçirdiyi siyasəti böyük Zəfərlə taclandırdı, qazandığı misilsiz uğurlarla bütün türk xalqlarının qəlbini fəth etdi, türk dünyasının tarixinə qalib Sərkərdə kimi düşdü.

Bu fikirləri söhbətində Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırali söyləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təmsil etdiyi qurum və öz adından təbrik edən D.Kıdırali deyib: “Azərbaycan Prezidenti 60 illik həyat yolunun böyük bir hissəsini qardaş Azərbaycan xalqının rifahına, dövlətin daha da çiçəklənməsi və inkişafına sərf edib. Onun yorulmaz əməyi sayəsində Azərbaycan bütün sahələrdə, dövlət quruculuğunda və beynəlxalq münasibətlərdə böyük uğurlar qazanıb, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.

Qırx dörd günlük Vətən müharibəsində qazanılan böyük Zəfərlə isə Prezident İlham Əliyev Azərbaycanın yüksəlişi yolunda ən böyük maneəni aradan qaldırdı. Ermənistanın davam etməkdə olan işğalçılıq siyasətini darmadağın etdi, illərdir sürən ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoymaqla həm də dünyada sülhə, barışa böyük töhfə verdi. Bu Zəfər dünyanın hərb və diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı. Eyni zamanda, Azərbaycan Prezidentinin ölkədə illər boyu böyük ustalıqla formalaşdırdığı sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin simvolu oldu”.

Akademiyanın prezidenti qeyd edib ki, Müzəffər Ali Baş Komandanın misilsiz şücaəti, iradə və qətiyyəti, Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində indi Azərbaycan xalqı hər yeni sabahı, hər yeni günü tamamilə fərqli hisslərlə - qalibiyyət duyğuları ilə qarşılayır. Bu parlaq Zəfər Azərbaycan xalqının nə qədər böyük dəyərlərə sahib olduğunu bir daha əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Xalq öz Prezidentinin ətrafında dəmir yumruq kimi sıx birləşərək, vətənin və dövlətçiliyin, milli birliyin və həmrəyliyin qorunması yolunda təkrarsız bir nümunə ortaya qoydu.

Azərbaycanın əzəli parçası olan Qarabağın işğaldan azad edilməsinin yeni reallıqlar yaratdığını vurğulayan D.Kıdırali bildirib ki, bu reallıqlar türk xalqlarının milli özünüdərkinə, coğrafi bütövlüyünə, birlik və bərabərliyinə əvəzedilməz töhfə oldu. “Hesab edirəm ki, türk dünyası Prezident İlham Əliyevin bu xidmətlərini heç zaman unutmayacaq. Çünki qazanılan möhtəşəm Qələbə həm keçmişimizin təsdiqi oldu, həm də gələcəyimizə parlaq işıq saldı. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vlll Zirvə Görüşündə Prezident “Türk Dünyasının Ali Ordeni” ilə təltif edildi. Bu mükafat Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, beynəlxalq miqyasda və türk dövlətləri arasında olan yüksək nüfuzuna, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə türk birliyinə mühüm töhfəsinə, tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən qiymət idi”, - deyə akademiyanın prezidentı qeyd edib.

Geri dön