Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amiran Qamkrelidze: Gürcüstanda “omikron” ştamına yoluxma halları artacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Amiran Qamkrelidze: Gürcüstanda “omikron” ştamına yoluxma halları artacaq

Amiran Qamkrelidze: Gürcüstanda “omikron” ştamına yoluxma halları artacaq


Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxma halları artacaq”.

Bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, bu günədək ölkədə 51 nəfərin koronavirusun “omikron” ştamına yoluxduğu təsdiqlənib. Onlardan 5-i azyaşlıdır. Uşaqların 1-i xəstəxanaya yerləşdirilib.

Mərkəz rəhbəri deyib ki, hələlik “omikron” ştamına yoluxma əhalinin 0,6-0,7 faizini təşkil edir. Mütəxəssislər bu göstəricinin daha da artacağını proqnozlaşdırırlar.

Bu gün daha onlarla insanın “omikron”a yoluxduğu ehtimalı var və hazırda araşdırmalar davam edir.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma halları da artmaqda davam edir. Son sutka ərzində ölkədə daha 1661 nəfər koronavirusa yoluxub, 69 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 924 min 368-ə, ölənlərin sayı isə 13 min 512-yə çatıb.

Geri dön