Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tərtərin Kəngərli kəndində şəhid İntiqam Mənsimlinin xatirəsinə inşa edilən bulağın açılışı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Tərtərin Kəngərli kəndində şəhid İntiqam Mənsimlinin xatirəsinə inşa edilən bulağın açılışı olub

Tərtərin Kəngərli kəndində şəhid İntiqam Mənsimlinin xatirəsinə inşa edilən bulağın açılışı olub


Tərtər rayonunun Kəngərli kəndində şəhid İntiqam Mənsimlinin xatirəsinə inşa edilən bulağın açılışı olub.

Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi, arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Tədbirdə məlumat verilib ki, şərəfli döyüş yolu keçən Azərbaycan Ordusunun əsgəri Mənsimli İntiqam Rövşən oğlu oktyabrın 16-da Talış istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonra çıxış edən şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Qeyd edilib ki, şanlı Zəfər tarixini yazan Vətən oğullarının xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

Tədbirdə məktəblilər Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Geri dön