Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yanvarın 1-dən qanunsuz əmək fəaliyyətinə görə əcnəbilər Rusiyadan çıxarıla bilər
Yanvarın 1-dən qanunsuz əmək fəaliyyətinə görə əcnəbilər Rusiyadan çıxarıla bilər |
Gələn il yanvarın 1-dən etibarən Rusiyadakı əcnəbilər qanunsuz əmək fəaliyyətinə görə ölkədən çıxarıla bilər.
Bu barədə Rusiya DİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əcnəbiləri qanunsuz işlə təmin edən işəgötürənlər 800 min rubladək cərimə olunacaq. Dekabrın 31-də Rusiya Prezidentinin koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi və əcnəbilərə hüquqi statusunu ölkədən çıxmadan həll etmək imkanı verən qaydanın müddəti başa çatır. DİN Rusiyada işləmək hüququ olmayan əcnəbiləri dekabrın 31-dək daxili işlər orqanlarına müraciət etməyə çağırır. İşəgötürənlər əcnəbilərlə əmək müqaviləsini rəsmiləşdirib Rusiya DİN-in ərazi orqanlarına müraciət etməlidirlər. Geri dön |